Hökumət bu qurumla bağlı qərar verdi - Nazirliyin tabeliyindən rəsmən çıxarıldı

img

23-01-2018 [10:58]


Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda etdiyi dəyişikliklər əsasında Talassemiya Mərkəzi publik hüquqi şəxs edilib.

Mia.az xəbər verir ki, yeni dəyişiklik əsasında Talassemiya Mərkəzinin adı siyahıdakı "Büdcədən maliyyələşən müəssisələr" bölməsinin "Tibbi mərkəzlər və birliklər" hissəsindən çıxarılıb.

Qeyd edək ki, NK-nın bundan əvvəlki qərarı ilə Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs edilmişdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA