Videoya görə işdən qovulan həkim direktoru məhkəməyə verdi... - VİDEO

img

23-01-2018 [00:00]


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan və sosial şəbəkələrin gündəmini zəbt edən məlum video qalmaqalına görə işdən qovulan tibb elmləri namizədi Səbinə Məmmədova institutun direktoru Həqiqət Qədirovanı məhkəməyə verib.

Mia.az xəbər verir ki, bu barədə məlumatı moderator-a S. Məmmədovanın vəkili, tanınmış hüquqşünas Bəhruz Bayramov verib.

Onun bildirdiyinə görə S. Məmmədova işdən qanunsuz kənarlaşdırıldığı iddiası ilə Nizami Rayon Məhkəməsinə müraciət edib və hüquqlarını qorumağı ona etibar edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA