Rəsmi Vaşinqton Ərodoğana cavab verdi: "Əməliyyatdan narahatıq, ancaq sizi də anlayırıq..."

img

22-01-2018 [17:40]


ABŞ Dövlət katibi Tillerson Türkiyənin Afrin əməliyyatı ilə bağlı yeni açıqlama verib. O, bu gün prezident Ərdoğanın ABŞ-a yönəlik bəyanatına da dolayısı ilə cavab verib. 

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, o, "Zeytun budağı" əməliyyatından narahat olduqlarını gizlətməyib: "Hərbi əməliyyatdan qayğılıyıq. Ancaq Türkiyənin haqlı təhlükəsizlik narahatlıqlarını da aradan qaldırmaq istəyini anlayır və birlikdə nələr edə biləcəyimizi hədəfləyirik".

Xatırladaq ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin əməliyyatı ilə bağlı başda ABŞ olmaqla, bütün dünyaya yeni mesajlar verib.

O, əsas problem oradakı PKK/PYD terror qruplarıdır:  "Afrində problem həll olunacaq, oradan geri çəkilməyəcəyik. ABŞ deyir ki, Afrində qalacağınız müddət məlum olmalıdır. 

Onda mən də ABŞ-da soruşuram: "Sizin Əfqanıstanda qalma müddətiniz məlumdurmu? Bu müddət nə vaxt bitəcək? Biz hakimiyyətə gəlməzdən əvvəl siz İraqa girdiniz. Ona görə də biz dünya 5-dən böyükdür deyirik. ABŞ bölgəyə 5 min TIR silah göndərib. Həmin silahları kimə verdilər? Onlar terror qruplaşmasına verildi. Hazırda ABŞ-ın Suriyanın şimalında 20-yə qədər hərbi bazası var. İndiyədək onlardan dürüstlük görmədik. Biz də Rusiya ilə apardığımız müzakirələr çərçivəsində yolumuza davam edirik".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA