Musa Pənahovla Arif Əsgərov da ixtisara düşdülər - Ziya Məmmədovun adamları nazirlikdən uzaqlaşdırıldı

img

22-01-2018 [13:02]


Xəbər verdiyimiz ki, Prezident İlham Əliyev 12 yanvar 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunu təsdiq edib.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumat görə, Prezidentin təsdiq etdiyi struktur sənədində keçmiş nəqliyyat nazirinin müavinləri Arif Əsgərov və Musa Pənahov yer almayıblar. 

Yəni, yeni struktur islahatı nəticəsində onlar nazir müavini vəzifələrindən azad olunublar.

Qeyd edək ki, prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadəyə hələlik nəqliyyat üzrə müavin təyin etməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA