22-01-2018 [12:51]
Sumqayıt şəhər sakinləri olan bir neçə sürücü bu gün birlik.az saytına zəng edərək şikayətlərini bildirib.
Onların şikayəti Sumqayıt şəhər İcra hakimiyyətinin müavini Sahib Quliyevdəndir. Şikayətçilər bildirib ki, "biz qanuni olaraq fəaliyyət göstərsək də, şəxsi mülkümüz olan avtomobilərimiz əllərimizdən alınıb. Hansı orqana gediriksə, bizə deyirlər ki, gedin Sahib Quliyevdən icazə alın”.
Şikayətçilərdən biri, Sumqayıt-Lənkəran marşurut xətti üzrə 50 bc 326 nömrəli fordla sərnişin daşıyan Səlimov Marif (şikayətçinin əlaqə tel-0772200691) saytımıza bildirib ki, 10 gündən çoxdur maşınını əlindən alıblar: "Səbəb Bakı-Sumqayıt xətti üzrə işləyən uyğunsuz fordlardır. İcra məmurları onlara qarşı reyd apararkən məni də onların gözünə qatdı. Halbuki mənim həm Sumqayıt avtovağzalı ilə rəsmi müqaviləm var, həm də ki nəqliyyat komitəsindən işləmək üçün " fərqlənmə birkası” almışam. Fevral ayının 8-ə kimi fərqlənmə nişanımın vaxtı var. Bunun üçün pul ödəmişəm. Tamamilə vergi-DSMF qaydasında işləyən kasıb bir sürücüyəm. Qazancımla himayəmdə olan ailəmi saxlayır, eyni zamanda vergi ödəyicisiyəm. İcra məmurlarından şəxsi mülkümü geri istəsəm də, deyirlər ki, hələlik gözlə. Əgər bizim işimiz qeyri-qanunidirsə, onda bizə işləmək üçün "fərqlənmə nişanı”nı hansı səbəblə verirlər?! Niyə bizi vergi- DSMF-də sənədləşdirirlər?!Onu da deyim ki, idarə etdiyim avtomobildə sərnişin üçün nəzərdə tutulan oturacaqlar icazəyə uyğundur: 16+1”
Digər şikayətçilər isə aşağıdakılardır:
Ağayev malik 10mş318 (050646 04 34)
Rəcəbov İmamverdi 90de136 (0506101462)
Hacıyev İlyas 50ck264 (050 3009664)
Birlik.az saytı olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat şöbəsi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, hazırda komissiya işləyir. Nəticə ilə əlaqədar ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, bir neçə dəfə Sumqayıt-Bakı istiqamətində marşurut fordlar ağır nəticələrlə tamamlanmış qəza törətdiyindən sərnişin daşıyan "ford” mövzusu həmişə gündəmdə olmuşdur. Lakin araşdırmalar göstərmişdir ki, ağır qəzaların baş vermə səbəbi onların "ford” olması deyil, sürücülərin qeyri-qanuni fəlaiyyəti, avtomobillərin texniki baxımdan uyğunsuz olması, nəzərdə tutulan həddən artıq sərnişin götürmələri olmuşdur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi