22-01-2018 [10:13]
Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edən deputat Nəriman Əliyev bir neçə gündür koma vəziyyətində idi.
Milli Məclisdə 71 saylı Masallı kənd seçki dairəsini təmsil edən deputat Elmira Axundova Modern.az-a Nəriman Əliyevin komadan ayıldığını bildirdi.
Elmira Axundova qeyd edib ki, deputat həmkarı Nəriman Əliyevin səhhəti ilə bağlı mütəmadi olaraq həm onun ailəsi, həm də Azərbaycan Ürək Sağlamlıq Assosiasiyasının prezidenti, tibb elmləri namizədi, tanınmış ürək cərrahı Rəşad Mahmudovla əlaqə saxlayıb: "Bu gün Rəşad Mahmudov bizə məlumat verdi ki, məsləhətləşmələrdən sonra Nəriman Əliyevin süni yatızdırılmasına son qoyulması qərara alınıb. Bundan sonra Nəriman Əliyev süni nəfəs aparatından ayrılıb. Əslində bu riskli bir qərar idi, amma şükürlər olsun ki, hər şey qaydasındadır. Nəriman Əliyev ayıldıqdan sonra məlum oldu ki, huşu tam yerindədir və əvvəllər olan hər şeyi xatırlayır. Sonuncu xatırladığı isə odur ki, avtomobildə qəflətən halı pisləşib. Rəşad Mahmudovun bildirdiyinə görə, Nəriman Əliyevin ürəyi tam sağlamdır. Ürəyə yeni qoyulan 3 damarın hər biri də öz funksiyasını normal yerinə yetirir. Həmçinin, daxili orqanlarda da hər hansı problem yoxdur. Yaxın 5-6 gün müddətində Nəriman Əliyev reanimasiyada həkim nəzarətində olacaq və daha sonra palataya köçürüləcək”.
E.Axundova bildirdi ki, Nəriman Əliyevin yenidən sağlamlığına qovuşmasında özünün sağlam orqanizmə sahib olmasının da böyük rolu olub: "Nəriman Əliyevdə aşkarlanan xəstəlik çox nadir hallarda rast gəlinən bir xəstəlik idi. Həkimlərin bildirdiyinə görə, bu şəkildə komaya düşənlərin əksəriyyətini həyata qaytarmaq mümkün olmur. Amma təcrübəli ürək cərrahı, deputat həmkarımız Rəşad Mahmudovun səyi ilə Nəriman Əliyev təkrar həyata qayıtdı. Bu həm də bizim tibb sahəsinin inkişafını, ölkənin müasir səviyyədə klinikalarının və təcrübəli, peşəkar həkimlərin olmasının göstəricisidir. Nəriman Əliyev əslində yenidən dünyaya gəlib. Mənim dostum, düputat həmkarımızı təkrar həyata qaytardığı üçün bütün deputatlar adından Rəşad Mahmudova minnətdarlığımızı bildirirəm. Həmçinin, hesab edirəm ki, Nəriman Əliyevdə olan həyat eşqi xəstəliklə mübarizədə qalib gəlməsinə kömək etdi”.
Qeyd edək ki, Nəriman Əliyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və elə əməliyyatdan sonra da komaya düşüb.
N.Əliyev Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. O, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi