Bir hərbiçimiz həlak olub - Müdafiə Nazirliyi məlumat yaydı

img

21-01-2018 [15:06]


Təlim mərkəzlərindən birində məşğələ keçirilən zaman bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu Əliyev Rahim Əhməd oğlu hərbi rituallara uyğun olaraq dəfn olunub.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Onu da qeyd edək ki, R.Əliyev polkovnik rütbəsini daşıyıb. O, əfsanəvi Fred Asifin ən yaxın silahdaşı olub. Birinci Qarabağ savaşının və Əfqanıstan müharibəsinin iştirakçısı olub.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA