Səfər Əbiyev Böyük Britaniya Xarici izlər Nazirliyinin məsləhətçisini qəbul edib

img

14-09-2010 [02:02]


Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Böyük Britaniya Krallığı Xarici İşlər Nazirliyinin məsləhətçisi, beynəlxalq təhlükəsizlik sahəsində məşvərət şurasının nümayəndəsi, istefada olan general-leytenant Qarri Consonu qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, qonaqla bölgədə hərbi-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karolin Braun iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA