Avropa Məhkəməsi Türkiyəni Hrant Dink cinayəti ilə bağlı təqsirli bildi

img

14-09-2010 [01:58]


Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2007-ci ildə Türkiyədə sui-qəsd nəticəsində qətlə yetirilən erməni əsilli jurnalist, erməni diasporasına məxsus "Aqos" qəzetinin baş redaktoru Hrant Dinkin işi ilə bağlı qərarını açıqlayıb. Məhkəmə ölümündən öncə Hrant Dinkin, qətlən sonra isə ailəsinin quruma ünvanladığı 5 ayrı müraciəti nəzərər alaraq qərar çıxarıb. AİHM məsələ ilə bağlı Türkiyə hökumətini təqsirli bilib, qərara əsasən Türkiyə dövləti məhkəmə xərcləri ilə də daxil olmaqla jurnalistin ailəsinə 133 min avro təzminat ödəməlidir. Qeyd edək ki, erməni əsilli jurnalist Hrant Dinkin ailəsi, onun dövlət tərəfindən qorunmadığını və cinayət işinin ciddi şəkildə araşdırılmadığını iddia edib. Türkiyənin Avropa İnsan Haqları müqaviləsinin yaşamaq hüquqü və ifadə azadlığı maddələrini pozduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA