Prezident özbəkistanlı həmkarına başsağlığı verib

img

19-01-2018 [12:25]


Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə başsağlığı məktubu göndərib.

Mia.az xəbər verir ki, dövlətimizin başçısı Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində Özbəkistan vətəndaşlarının faciəli şəkildə həlak olması xəbərindən son dərəcə sarsıldığını bildirib.

Prezident İlham Əliyev baş vermiş hadisə ilə əlaqədar Prezident Şavkat Mirziyoyevə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Özbəkistan xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA