Bakıda mülki-hərbi fövqəladə hazırlıq üzrə seminar keçirilir

img

14-09-2010 [01:35]


Sentyabrın 13-dən 16-dək Bakı şəhərində ABŞ-ın Ordu Mühəndislər Korpusu və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə mülki-hərbi fövqəladə hazırlıq üzrə seminar keçirilir. Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Seminarın keçirilməsində məqsəd qurumlararası səviyyədə təbii fəlakətlərə və texnogen qəzalara hazırlıq üzrə qarşılıqlı təcrübənin bölüşdürülməsidir. Tədbirin əsas istiqaməti subasma və neft dağılmasıdır. Seminarda Fövqəladə Hallar Nazirliyinin 40-a yaxın əməkdaşı ilə yanaşı Azərbaycanın digər dövlət qurum və təşkilatlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA