19-01-2018 [00:15]
Qoç - bilik və məlumatlarınızı artırın. Sizi qarşıda gözləyən problemləri həll etmək üçün hazırlıqlı olmalısınız. Çoxdan bəri cavab axtardığınız sualların bundan sonra da narahat etməsinə imkan verməyin. Uzunmüddətli öhdəliklər və genişmiqyaslı anlaşmalarla bağlı olmayan proseslər yaxşı alınacaq.
Günün ikinci yarısında şəxsi münasibətlərdə öz maraqlarınızı sürəkli olaraq başqalarının mənafelərindən üstün tutmayın. Bütün iradlar və tənqidlərə nəzarət etmək mümkün deyil.
Sevdiyiniz insanın belə, dediklərinizə şübhə ilə yanaşmasına təəccüblənməyin. Axşam saatlarında kəskin başağrısı ola bilər.
Buğa - çalışdığınız və ya oxuduğunuz kollektiv üçün xas problemlər sizi də narahat edəcək. Yaşanan olaylardan kənar qalmağa çalşısanız da, bu mümkün deyil. Gərgin, emosional situasiyaya rəğmən təmkinli davranın.
Günün ikinci yarısında hadisələrə süni təkan verməyə lüzum yoxdur. İşlər rəvan şəkildə davam edəcək.
Yaxınlarınızla münasibətlərinizdə diqqətli, məsuliyyətli olun. Şəxsi təmaslarda önəmli qərar qəbul etmək olar. Vədlərinizə əməl edin. Yorulsanız da, sözlərinizin sahibi olun.
Əkizlər - peşəkar fəaliyyət müstəvisindəki qeyri-müəyyənlik nigaranlıq yaradacaq. Günün ilk yarısı önəmli qərarların qəbulu, anlaşmalar üçün əlverişli deyil. Daşınmaz əmlakla bağlı müzakirələri və əməliyyatları ertələyin.
Günün ikinci yarısında verdiyiniz borcun qaytarılması və ya ödəniş istisna deyil. Eşitdiyiniz iradlarla tənqidləri yaxın ətrafınızdakı insanların azadlığınıza müdaxiləsi, işlərinizə qarışmaları kimi qəbul etməyin. Aqressiv reaksiya nümayiş etdirməyin. Olub-keçənlərin yeganə suçlusu sizsiniz.
Xərçəng - həssas və bir qədər də dalğın olmağınıza rəğmən gün sakit olacaq. Peşəkar fəaliyyət sahənizdə qəfil irəliləyişlər gözləməyin. Bununla belə, geriləmələr də olmayacaq. Yaxın ətrafınızdakı insanların məsləhətlərinə kor-koranə əməl etməyin.
Günün ikinci yarısında kobud səhvə yol verməmək üçün həssas davranın. Yanlışlığın fəsadları acı ola bilər. Şəxsi münasibətlərdə mövqelərinizi möhkəmləndirmək, nüfuzunuzu artırmaq şansları var. Valideynlərinizə, yaşlı qohumlarınıza qayğı bəsləyin.
Sevdiyiniz insan özünü tənha hiss edir.
Şir - uzunmüddətli layihələr və önəmli danışıqlar üçün sərfəli gün deyil. Adi, rutin işlər daha məhsuldar olacaq. Daşınmaz əmlak, vərəsəlik, hüquqi məqamlar və vergilərlə bağlı məsələlərdə sayıqlığı əldən verməyin.
Günün ikinci yarısında ifrat qürurlu və təşəxxüslü davranış ailə üzvləri ilə problemlər yarada bilər. Sizə ən adi, normal təsir bağışlayan yaxınlarınızın qəlbinə dəyə bilər. Enerjinizi axşam saatlarında məişət problemlərinin həllinə yönəldin.
Qız - günün ilk yarısından etibarən hərəkətləriniz, əməlləriniz və qərarlarınız düşünülmüş olmalıdır. Ən kiçik, önəmsiz məsələlərə görə yaxın ətrafınızdakı insanlarla sərt mübahisə etməyin. Qıcıqlı, aqressiv olmayın.
Bir müddət kölgədə qalaraq məsləhətlərə qulaq assanız, məqsədə doğru daha sürətlə irəliləyə bilərsiniz.
Günün ikinci yarısında ailə üzvləri ilə dartışmalarda sözlərinizin mütləq həqiqət olduğunu göstərməyə çalışmayın. Həlim, qayğıkeş olsanız, bir çox problemlərin yaranmasını əngəlləyəcəksiniz.
Tərəzi - çətin işlər, mürəkkəb xasiyyətli insanlarla qarşılaşanda soyuqqanlı olun. Az sonra atacağınız addımları planlaşdırın. Ölçüb-biçəndən sonra qərar verin. Məntiqlə davransanız, əlavə gəlir əldə edə bilərsiniz.
Təcrübəni zənginləşdirmək, yeni məlumatlar əldə etmək üçün pis zaman deyil.
Günün ikinci yarısında dəyər verdiyiniz insanlarla müzakirədə yeni situasiyanı nəzərdən keçirin. Qarşı tərəf emosional danışarsa, səbrli, hövsələli olun.
Axşam saatlarında səhhətinizin qayğısına qalın.
Əqrəb - günün ilk yarısında işlərə aktiv başlayın. İradəli olun, yad təsirə uymayın. Yaxın ətrafınızdakı insanlara təzyiqlər göstərərək mövqeyinizin dürüstlüyünə onları inandırmağa çalışmayın.
Dəyərləndirdiyiniz insanlardan sözsüz itaət tələb etməyin.
Günün ikinci yarısında enerjinizi mənasız işlərə sərf etməyin. Gərəksiz söhbətlər və dedi-qodulara qatılmayın.
Məişət durumunuzun yaxşılaşdırılması üçün zəruri əşya və ya avadanlıq ala bilərsiniz. Yaxınlarınızla münasibətlərdə diqqətli olun. Tənqidlərə sərt reaksiya verməyin.
Oxatan - mühüm qərarlar qəbul etməzdən əvvəl vəziyyəti götür-qoy edin. Emosional, aqressiv olmayın. Hisslərə qapılsanız, çox kobud, fəsadları acı səhvlərə yol verə bilərsiniz. Məramlarınızı yaxın ətrafınızdakı insanlara anladın.
Günün ikinci yarısında ailə üzvlərinin maraqlarını nəzərə alın. Problemlərinizi təkbaşına həll etməyə çalışın. Səhhətinizə fikir verin. Rasionunuzda ciddi dəyişikliklər etməyin.
Axşam saatlarında normal istirahət edin. Gəzintiyə çıxa bilərsiniz.
Oğlaq - ədalətsizlik və haqsızlıqla qarşılaşmağa hazır olun. Adi günlərdən fərqli olaraq hissiyyatlı davranış incikliklər yarana bilər. Tənbəllik etməyin, hər şeyi atıb getmək hisslərindən uzaq olun.
Praqmat olun. Emosiyalara əsir düşməyin.
Günün ikinci yarısında yaxınlarınızla birlikdə çalışmaqda xeyir var. İnsanların gur olduğu tədbirə qatılmayın. Müstəqil fəaliyyət daha məhsuldar olacaq.
Yaşlı qohumlarınıza diqqət ayırın.
Axşam saatlarında həssaslığı unutmayın.
Dolça - günün ilk yarısında bir-birinə zidd olan öhdəliklər götürməyin. Vədlərinizi unutmayın, laqeydlik etməyin. Qərarlar qəbul etməzdən və vədlər verməzdən əvvəl işləri görməyin yollarını düşünün. Maliyyə durumu stabil deyil.
Hansısa məsələlərdə uğur qazanmaq, hansısa sahələrdə isə geriləmək ehtimalı var.
Günün ikinci yarısında avantüralara qatılmayın. Pullarınızı itirə bilərsiniz.
Axşam saatlarına yaxın yaxınlarınızdan yardım və dəstək ala bilərsiniz. İstəklərinizlə arzularınız diqqətsiz qalmayacaq. Sevdiyiniz insanla qarşılıqlı anlaşmaya can atın.
Balıqlar - bu gün qeyri-standart düşünməyə çalışın. Problemlərin həllində bacarıq, istedad və yaradıcılıq potensialınızı nümayiş etdirin. Ətrafınızdakı insanlara ideya və fikirlərinizdən danışın. Yeni tərəfdaşlar, müttəfiqlər cəlb etməyə can atın.
Günün ikinci yarısında nailiyyətlər, irəliləyişlər uzunmüddətli olmayacaq.
Sevdiyiniz insana hisslərinizi etiraf edin. Axşam saatlarında romantik hisslərə qapıla bilərsiniz. Subaysınızsa, tale sizi sevindirəcək.
milli.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi