Mikayıl Cabbarov yeni departament yaratdı, bəstəkarın oğluna yüksək vəzifə verdi

img

18-01-2018 [19:25]


Vergilər Nazirliyində yeni departament yaradılıb.

Mia.az APA-ya istinadən xəbər verir ki, vergilər naziri Mikayıl Cabbarovun əmri ilə İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamenti yaradılıb.

Yeni yaradılan departamentə Ülvi Mansurov baş direktor təyin edilib.

Qeyd edək ki, Ü.Mansurov bundan öncə "Azərpoçt" MMC-nin baş direktoru, daha əvvəl isə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.

Xatırladaq ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA