Azərbaycanda Quranın yandırılmasına etiraz edən aksiya keçirilib

img

14-09-2010 [12:02]


Bu gün İçərişəhər "Cümə" məscidinin dini icmasının nümayəndələri ABŞ-da Quranın yandırılmasına etiraz olaraq Bakıda yerləşən Rus Pravoslav Kilsəsi, Moskva Patriarxatı Jen-Mironosets Kafedral kilsəsinin önündə aksiya keçirib. Onlar əllərində Qurani-Kərim, gül dəstələri və Azərbaycan bayraqları tutublar. Aksiyada İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu Quranın yandırılma cinayətini terror adlandırıb və bunu törədənlərin xristianlığa heç bir aidiyyatı olmadığını bildirib. Kilsənin mətbuat katibi Konstantin Ata öz növbəsində həmin cinayəti törədənlərin heç bir dinə mənsub olmadıqlarını bildirərərək, onların əslində Allahsız olduqlarını bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA