AZAL-dan sərnişinlərə xəbərdarlıq: 1 saat qalmış bağlanacaq

img

15-01-2018 [10:44]


Bu gündən başlayaraq "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq.

Mia.az xəbər verir ki, qeydiyyat isə uçuşa 3 saat qalmış açılacaq. AZAL-ın yaydığı məlumata görə, sərnişinlər hava limanında qeydiyyat üçün öncədən gəlməlidir: "Həmçinin, sərnişinlər saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə, baqaj olduqda isə onu "Baggage Dropoff" ekspress-masasında təhvil verə bilərlər”.

Bu qayda "Buta Airways” uçuşlarına da şamil edilir.

Qeyd edək ki, indiyədək AZAL-da qeydiyyat uçuşa 2 saat qalmış başlanırdı. Bütün reyslərə qeydiyyat isə 40 dəqiqə qalmış bağlanırdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA