AXCP ilə Müsavat liderləri daha iki dairədə vahid namizədini müəyyənləzdirdi

img

13-09-2010 [02:53]


Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli arasında növbəti görüş keçirilib. Bu barədə MİA-ya açıqlama verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının sözlərinə görə, görüşdə daha iki seçki dairəsi üzrə ?AXCP-Müsavat? seçki blokunun vahid namizədləri müəyyənləşdirilib. A.Hacılı deyib ki, 26 saylı Sabunçu I seçki dairəsindən Müsavat başqanının müavini Tofiq Yaqublu vahid namizəd olacaq. 32 saylı Suraxanı III seçki dairəsindən isə Mehman Cavadoğlunun vahid namizəd olması qərarlaşdırılıb. Həmin dairədən namizədliyini irəli sürməyi planlaşdıran Müsavat Divanının üzvü İbrahim İbrahimli seçkiyə qatılmayacaq. Müsavat yetkilisi onu da bildirib ki, sabah hər iki partiyanın fəallarının birgə müşavirəsi keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA