14-01-2018 [00:16]
Qoç - imkan və bacarıqlarınızı nümayiş etdirmək üçün yaxşı gündür. Dünyagörüşünüzü, intellekt və biliklərinizi göstərin. İşlərinizdə uğur qazanmaq istəyirsinizsə, iradəli, qətiyyətli olun.
Günün ikinci yarısında səhv etməkdən çəkinməyin. Məqsədə doğru sürətlə hərəkət edin.
Neqativ fikirlərdən qurtulsanız, yaxınlarınızla münasibətlər inkişaf edəcək. Köhnə və zərərli vərdişləri unutmaq gərəkdir. İdmanla məşğul olun. Daha aktiv həyat tərzi seçin.
Buğa - yeni layihəyə başlamaq, habelə yarımçıq işləri bitirmək üçün münasib zamandır. Dərhal uğur əldə etmək asan deyil. Lakin dürüst istiqamətdə olduğunuza şübhələnməyin. Yeni tanış olduğunuz insanla əməkdaşlığınızın perspektivi pis deyil. Həmin şəxs etibarlı tərəfdaşa çevrilə bilər.
Günün ikinci yarısında problemlərinizin həlli üçün rəsmi instansiyalara və dövlət qurumlarına üz tutun. Yaşlı qohumlardan birinə köməyə hazır olun. Maraqlandığınız insanla görüş ola bilər.
Əkizlər - bilik və bacarıqlarınızdan maksimal dərəcədə bəhrələnin. Yeni sifarişçilərlə danışıqlar zamanı uzunmüddətli əməkdaşlığın perspektivlərini müzakirə edin. Anlaşmalar gəlir verəcək.
Maliyyə məsələləri şəxsi münasibətlərdə də çətinliklər yarada bilər. Ailə büdcəsindəki nüansları təhlil edin, qənaət yolları arayın.
Xərçəng - təcrübənizdən yararlanaraq işlərdə irəliləyişlərə nail ola bilərsiniz. Gündəlik qayğılar və həllini tələb edən məsələlər rutin təsir bağışlamasın.
Maneələri dəf edərək seçilmiş istiqamətlə irəliləyin. Diqqətli olun. Səhv riski var. Fəsadların aradan qaldırılması xeyli vaxt ala bilər.
Günün ikinci yarısında şəxsi münasibətlərdə əhəmiyyətli yeniliklər gözləməyin. Rəqiblərdən biri ilə barışığa hazır olun. Kompromisllərə meylli davranışda xeyir var.
Ailədə sakit və rəvan mühiti aqressiv addımlarla, düşünülməmiş qərarlarla pozmayın.
Şir - yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Başladığınız işləri yarımçıq qoymayın. Ən çətin, genişmiqyaslı işin öhdəsindən gələ bilərsiniz. Amma bilin ki, yeni layihəyə start vermək fikrinə düşsəniz, problemlər və məşəqqətlərlə üzləşəcəksiniz.
Dəyər verdiyiniz insan günün ikinci yarısında sizi dəstəkləməyə hazırdır. Yaxınlarınızla münasibətlərdə inadkar olmayın. Qaba davranış mübahisələr yaradacaq. Ailə üzvləri ilə sərt danışmayın.
Qız - aktiv olun, mümkün qədər çox işin öhdəsindən gəlməyə çalışın. Fəalliyyətinizdə nizam və qayda olmalıdır. Vurnuxma ilə tələskənlik yolverilməzdir. Ən mühüm, önəmli saydığınız işə başlayaraq önəmsiz məqamları bir kənara ata bilərsiniz.
Günün ikinci yarısında ailə qayğıları və məişət problemlərini təxirəsalınmaz şəkildə həll etmək gərəkdir. Yaxınlarınızla münasibətlərdə aqressiyaya yol verməyin. Mənasız şübhələr və qısqanclığın fəsadları pis ola bilər. Özünüzü qoruyun. Yaşam potensialınızın səviyyəsi aşağıdır. Səhhətinizdə problemlər yarana bilər.
Tərəzi - gerçəkdən də, yaxşı nəticələrə nail olmaq üçün ciddi şəkildə çalışmalısınız. Təcrübə mübadiləsi, yeni biliklərin əxz olunması, alınan informasiyaların təhlili üçün münasib zamandır.
Məqsədə doğru sürətlə irəliləyin. Şirnikləndirici vədlərə aldanmayın.
Günün ikinci yarısı uzun müddətdən bəri sizinlə yanaşı olan insanla ünsiyyət üçün yaxşıdır. Yeni tanışlıqların uzunmüddətli perspektivi yoxdur.
Səhhətinizə fikir verin. Depressiyaya qapılmayın.
Əqrəb - qəti qərar verməyə tələsməyin. Situasiyanı diqqətlə təhlil edin. İşgüzar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdə tənzimlənmiş, ölçüb-biçilmiş addımlar atın. Xüsusi diqqət və konsentrasiya tələb edən məsələlərin həlli bir qədər fasilə tələb edir. Daha asan işlə məşğul olun.
Günün ikinci yarısında problemlərə fərqli prizmadan baxaraq səhih qərar verin.
Hisslərə qapılsanız, sevdiyiniz insanda qıcıq yaradacaqsınız. Mənasız mübahisələrə yol verməmək üçün dəyər verdiyiniz insanı maraqlandıran nüansla maraqlanın.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Oxatan - nikbin olun, kiçik problemləri süni şəkildə böyütməyin. Bir sıra çətinlikləri sakit, tələskənlik olmadan həll edə bilərsiniz. Zəiflik etsəniz, hərdəmxəyal olsanız, geriləmə qaçılmazdır.
Əhvalınız pisləşməsin.
Günün ikinci yarısında sizdə rəğbət oyatmayan insanlarla qarşılaşacaqsınız. Ötənlərdəki münasibətlərin indiki yaşamınıza ciddi təsir etməsinə imkan verməyin. Olanları, sadəcə, həyatınızın keçmiş mərhələsi sayın.
Hər şey yaxşı olacaq.
Oğlaq - mürəkkəb olduqlarına və ya vaxtınızın azlığına görə indiyədək sürəkli ertələdiyiniz işlərin öhdəsindən gələ bilərsiniz. Maraqsız hesab etdiyiniz proses gəlir vəd edir.
Siyasət, fəlsəfə və ya kompüter bilikləri sahəsində yeni məlumatlar əldə edə bilərsiniz.
Günün ikinci yarısında dəyər verdiyiniz insanla ünsiyyət xoş hisslər vəd edir. İş problemlərini ailə üzvləri ilə müzakirə edin. Onların ehtiyaclarını, tələbatlarını nəzərə alın.
Axşam saatlarında normal istirahət edin.
Dolça - həmfikir və ya müttəfiqləri qeyri-formal şəraitdə araya bilərsiniz. Bu günədək müttəfiq hesab etmədiyiniz insanla tərəfdaşlıq mümkündür. Birgə fəaliyyətdə fayda var.
Məqsədə doğru hərəkətdə inandığınız insanın məsləhətlərindən yararlanın.
Günün ikinci yarısında ağır, çətin işi yarımçıq qoymayın. Aldığınız sifarişi yerinə yetirin. Vədlərinizə xilaf çıxmayın. Dostlarla görüş pis keçməyəcək. Qüvvə və potensialınızı olduğundan artıq dəyərləndirməyin.
İstirahəti qulaqardına vurmayın.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
Balıqlar - günün ilk yarısı peşəkar fəaliyyət müstəvisində durum o qədər də yaxşı deyil. Bilik və bacarıqlarınızı nümayiş etdirə bilərsiniz. Tapşırıqları vaxtında yerinə yetirin, sifarişləri unutmayın. Belədə maaşınızın artımına, vəzifənizin artımına təkan verə bilərsiniz.
Günün ikinci hissəsində şəxsi münasibətlərdə dəyişikliklər ola bilər. Əks cins mənsubları arasında populyarlığınız arta bilər. Sevdiyiniz insanla təmaslarda qayğıkeş və səmimi olun. Başınızı itirməyin, səbrli olun.
Ünsiyyətdə harmoniyaya nail olun.
milli.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi