QMi Quranın təhqir edilməsi və yandırılması təhdidi ilə bağlı açıqlama yayıb

img

13-09-2010 [02:44]


?İslamın müqəddəs kitabı Qurani-Kərimin təhqir edilməsi, ondan tonqal qalanacağı təhdidi ilə bağlı yayılan xəbərlər bizi hədsiz narahat edir və hiddət doğurur. Səmavi kitabların sonuncusu olan Qurana belə bir təhqiredici münasibətin bütün dünyada demokratiya dəyərlərinin ardıcıl müdafiəçisi qismində çıxış edən bir ölkədə nümayiş etdirilməsi olduqca acınacaqlı və fəsadlıdır?. MIA-nın xəbərinə görə, bu bəyanatla Qafqaz Müsəlmanları İdarəsi çıxış edib. İdarənin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir ki, demokratiya pərdəsi altında çirkin, insanlıqdan uzaq hərəkətlərin baş verməsi demokratiya adına ləkədir və ondan sui-istifadədən başqa bir şey deyildir. Bəyanatda bu hadisənin heç bir ölkəyə, cəmiyyətə başucalığı gətirmədiyi vurğulanıb: ?Təəssüf doğuran məqam ondan ibarətdir ki, həqiqi din xadimlərinin dünyada dinlərarası dialoq və əməkdaşlıq sahəsində real nəticələr əldə etmək yönündə böyük səylər göstərdiyi bir vaxtda etiqad etdiyi dinin daxilində də təfriqə salan üzdəniraqlar tərəfindən törədilən təxribat 2001-ci il 11 sentyabr terror hadisəsini mübarək İslam dini ilə bağlamağa cəhd edənlərin iflasından sonra islamofobiya dalğasını yenidən qabartmağa xidmət məramı daşıyır. Qafqaz Müsəlmanları İdarəsi milyonlarla müsəlmanın heysiyyatına toxunan bu hadisəyə qəti etirazını bildirir, ABŞ dövlətinin rəhbərliyi və cəmiyyətini, milli, dini mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətini bu mənəviyyatsız addıma qarşı vahid, ciddi qınaq mövqeyindən çıxış etməyə, təxribatçıların öz mənfur niyyətlərinə çatmalarının qarşısını birgə səylərlə almağa çağırır? .

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA