Yağızlı günlər yenidən qayıdır

img

13-09-2010 [01:05]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 13-də hava şəraitinin tutulub açılacağı, gecə və səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı, cənub küləyinin əsəcəyi axşam şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 16-19 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq. Sentyabrın 14-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, lakin axşam buludluluğun artacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb, şimal küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 17-19 dərəcə, günün birinci yarısında 25-30 dərəcə, axşama doğru 20-24 dərəcə isti təşkil edəcək. Sentyabrın 15-də hava şəraitinin buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyinin əsəcəyi, gecə və səhər arabir güclənəcəyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq ehtimal olunur. Havanın temperaturu gecə 16-19 dərəcə, gündüz 21-24 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında Sentyabrın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, qərb küləyi əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 17-20 dərəcə, gündüz 24-29, dağlarda gecə 8-13 dərəcə, gündüz 15-19 dərəcə isti təşkil edəcək. 14-15 sentyabrda əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 17-21 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA