Qarabağ ictimai Forumunun növbəti toplantısı keçirildi

img

13-09-2010 [12:57]


Qarabağ İctimai Forumunun (QİF) rəhbəri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlunun rəhbərliyi ilə QİF-in növbəti toplantısı keçirildi. MIA-nın xəbərinə görə, toplantıda Qarabağ problemi ilə bağlı təbliğat işlərinin təkmil forma və metodlarının müəyyən edilməsində vətəndaş cəmiyyətinin rəyini öyrənmək üçün aparılan sorğunun ilkin nəticələri təhlil olundu. Artıq yekunlaşmaq üzrə olan sorğu ölkəmizdə fəaliyyət göstərən QHT-lər, vətəndaş cəmiyyəti institutları, müstəqil ekspertlər və ayrı-ayrı vətəndaşlar arasında aparılıb. Sorğunun ilkin nəticələrinin təhlili göstərib ki, rəyi öyrənilən respondentlərin böyük əksəriyyəti bu istiqamətdə fəaliyyət göstərən qurumların sırasında Heydər Əliyev Fondunun, Dünya Azərbaycanlıları Konqresinin, Qarabağ Azadlıq Təşkilatının və bir sıra qurumların, o cümlədən ayrı-ayrı nüfuzlu ziyalıların adlarını çəkiblər. Qarabağla bağlı aparılan təbliğat işinə cəmiyyətin münasibətini müəyyənləşdirmək məqsədilə keçirilən sorğunun statistik nəticələrinin bu ayın sonuna kimi hazırlanması və geniş ictimaiyyətə təqdim olunması qərara alındı. Toplantıda QİF-in fəaliyyəti geniş müzakirə olundu. Forumun yarım illik fəaliyyət planına əlavə təkliflər ətrafında fikir mübadiləsi aparıldı. Qarabağ probleminin həlli ilə bağlı ölkə əhalisinin fikir və təkliflərini dinləmək məqsədilə ?Qarabağ dinləmələri? adlı ictimai görüşün, Sabir Rüstəmxanlının Qarabağın tarixindən bəhs edən yeni kitabının təqdimatının keçirilməsi və Quzanlı kəndində ?Ağdam - Qafqaz Xirosiması və ruhlar şəhəri? adlı fotosərginin nümayişinin təşkili də yarım illik fəaliyyət planına daxil edildi. QİF-in fəaliyyət planında yer alan ?Xankəndi? televiziya verilişinin proqramı ətrafında da fikir mübadiləsi aparıldı və onun qısa bir zamanda ictimaiyyətə təqdim olunması nəzərdə tutuldu. Qeyd edək ki, QİF-də ölkənin aparıcı QHT-lərinin rəhbərləri, tanınmış ziyalılar və millət vəkilləri təmsil olunurlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA