11-01-2018 [20:09]
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunu təsdiq edib.
Mia.az xəbər verir ki, yeni qanuna əsasən, Azərbaycan Respublikasının Seçki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 274, № 12, I kitab, maddə 680; 2004, № 6, maddə 416, № 11, maddə 891; 2005, № 2, maddə 62, № 4, maddə 278, № 7, maddələr 576, 584, № 12, maddə 1091; 2007, № 7, maddə 712; 2008, № 6, maddə 457; 2009, № 2, maddə 44; 2010, № 4, maddə 276, № 7, maddə 592; 2011, № 3, maddə 163; 2012, № 5, maddə 409; 2013, № 6, maddə 592; 2015, № 5, maddə 490; 2017, № 5, maddə 705) aşağıdakı dəyişikliklər edilib:
1. 3-cü maddədə "milliyyətindən” sözü "etnik mənsubiyyətindən” sözləri ilə əvəz edilsin.
2. 25.2.6-cı maddədən "seçki bülleteninin qoyulması üçün zərflərin,” sözləri, 25.2.11-ci və 31.1.5-ci maddələrdən "seçki bülletenlərinin qoyulması üçün zərflərin,” sözləri çıxarılsın.
3. 42.2.9-cu maddədə "möhürləndiyi” sözü "kilidləndiyi” sözü ilə əvəz edilsin.
4. 47.9-cu maddədən "vəsiqələri paylandıqdan və seçici” sözləri çıxarılsın.
5. 53-cü maddə üzrə:
5.1. 53.6-cı maddənin birinci cümləsində "qərar” sözü "qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
"İmza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli nümayəndəsi hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.”;
5.2. 53.7-ci maddədə "sürülməsini təsdiq edən qərarın surətini verməkdən” sözləri "sürülməsinin təsdiq olunmasından” sözləri ilə əvəz edilsin.
6. 54-cü maddə üzrə:
6.1. 54.9-cu maddəyə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin:
"Seçki komissiyası namizədin təsdiq olunması barədə qərar qəbul etdikdə, həmin qərarı və seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə təqdim edir. İmza vərəqələrini götürən səlahiyyətli nümayəndə hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.”;
6.2. 54.10-cu maddənin birinci cümləsində "Namizədin qeydə alınmasından” sözləri "İrəli sürülmüş namizədin təsdiq olunmasından” sözləri ilə əvəz edilsin.
7. 59.3-cü maddənin dördüncü cümləsində "İmza” sözü "Bu Məcəllənin 59.4-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, imza” sözləri ilə əvəz edilsin.
8. 73-1.2-ci maddənin dördüncü cümləsi çıxarılsın.
9. 90.7-ci maddədə "Teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərini ödədikdən sonra, qeydə” sözləri "Qeydə” sözü ilə əvəz edilsin.
10. 100-cü maddə üzrə:
10.1. 100.2.2-ci və 100.2.7-ci maddələrdən "(Milli Məclisə seçkilər və bələdiyyə seçkiləri istisna olmaqla)” sözləri çıxarılsın;
10.2. 100.2.13-cü maddədən "olan zərflərdə” sözləri çıxarılsın.
11. 103.4-cü maddənin birinci cümləsində "möhürlənir” sözü "kilidlənir” sözü ilə, ikinci cümləsində "Möhürlər” sözü "Kilidlər” sözü ilə əvəz edilsin.
12. 104-cü maddə üzrə:
12.1. 104.5-ci maddədə "möhürləyir” sözü "kilidləyir” sözü ilə əvəz edilsin;
12.2. 104.6-cı maddənin birinci cümləsindən "seçici vəsiqələrini,” sözləri çıxarılsın;
12.3. 104.7-ci maddənin birinci cümləsindən "seçici vəsiqəsi ilə birlikdə” sözləri çıxarılsın;
12.4. 104.7-ci maddə (ikinci halda) ləğv edilsin.
13. 105.2-ci maddənin beşinci cümləsi çıxarılsın.
14. 106.1-ci maddənin beşinci cümləsindən "və zərf” sözləri çıxarılsın, yeddinci cümləsində "möhür və plomblarının” sözləri "kilidlərinin (daşınan seçki qutusunda isə həmçinin yarığın üzərindəki möhürün)” sözləri ilə əvəz edilsin.
15. 107.4-cü maddənin birinci cümləsindən və 108.3-cü maddənin birinci cümləsindən "zərflərin və” sözləri çıxarılsın.
16. 145.1-ci maddəyə "hissəsinə” sözündən sonra ", 981-ci maddəsinin II hissəsinin ikinci cümləsinə” sözləri əlavə edilsin.
17. 148.6-cı maddənin birinci cümləsindən "namizəd irəli sürmüş və ya” sözləri çıxarılsın.
18. 153-cü maddə üzrə:
18.1. 153.1-ci maddədə "73-cü” sözləri "73-1-ci” sözləri ilə əvəz edilsin;
18.2. 153.2-ci maddədə "73.1-73.2-ci” sözləri "73-1.1-ci və 73-1.2-ci” sözləri ilə əvəz edilsin.
19. 162-ci, 164-cü, 195-ci və 197-ci maddələr ləğv edilsin.
20. 173.2-ci maddənin ikinci cümləsində "73.3-cü” sözləri "73-1.3-cü” sözləri ilə əvəz edilsin.
21. 175.3-cü maddə üzrə:
21.1. birinci cümlədə "2, 4 və 5-ci” sözləri "2-ci, 4-cü, 5-ci, 6-cı və 7-ci” sözləri ilə əvəz edilsin;
21.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:
"Mərkəzi Seçki Komissiyasının bu barədə qərarı rəsmi dərc edildiyi gündən 10 gün müddətində həmin qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.”;
21.3. aşağıdakı məzmunda üçüncü-beşinci cümlələr əlavə edilsin:
"Həmin şikayətə 15 gün müddətində baxılmalıdır. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 15 gün müddətində baxılmalıdır.”.
22. 176-cı maddə üzrə:
22.1. 176.1-ci maddəyə "müraciət” sözündən sonra "(rəsmi məlumat)” sözləri əlavə edilsin;
22.2. 176.2-ci maddədə "ərizə” sözündən sonra "(rəsmi məlumat)” sözləri, "ərizədə” sözündən sonra "(rəsmi məlumatda)” sözləri əlavə edilsin;
22.3. aşağıdakı məzmunda 176.2-1-ci maddə əlavə edilsin:
"176.2-1. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 6-cı və 7-ci bəndlərində göstərilən hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına Milli Məclisin rəsmi məlumatı daxil olduqdan sonra 15 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası həmin rəsmi məlumatı müzakirə edərək müvafiq qərar qəbul edir.”;
22.4. 176.3-cü maddədə "və 5-ci” sözləri ", 5-ci, 6-cı və 7-ci” sözləri ilə əvəz edilsin;
22.5. 176.4-cü maddədə "bir ay müddətində” sözlərindən sonra "(deputatın mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarından məhkəməyə şikayət verdiyi hallar istisna olmaqla)” sözləri və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Deputatın mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarından məhkəməyə şikayət verdiyi hallarda müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər məhkəmədə işə baxılmasının nəticələrindən asılı olaraq təyin edilir.”.
23. 179-cu maddə üzrə:
23.1. 179.1-ci maddənin birinci cümləsində "bitərsə,” sözündən sonra "habelə Konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə əsasən Prezidentin elan etdiyi halda” sözləri əlavə edilsin, ikinci cümləsində "Bu hal” sözləri "Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallar” sözləri ilə əvəz edilsin;
23.2. 179.2-ci maddədə "edildiyi” sözündən sonra ", həmçinin Konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə əsasən Prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi” sözləri əlavə edilsin, "3 ay ərzində” sözləri "60 gün müddətində” sözləri ilə əvəz edilsin.
24. 187-ci maddədə "73-cü” sözləri "73-1-ci” sözləri ilə əvəz edilsin.
25. 212-ci maddədə "Seçkilər günü 21 yaşı tamam olan (seçki günü də daxil olmaqla) və yaşı 21-dən yuxarı” sözləri "Seçkilərdə iştirak etmək hüququna malik” sözləri ilə əvəz edilsin.
26. 221-ci maddə üzrə:
26.1. 221.1-ci maddədə "73-cü” sözləri "73-1-ci” sözləri ilə əvəz edilsin;
26.2. 221.2-ci maddədə "73.1-73.3-cü” sözləri "73-1.1-ci və 73-1.2-ci” sözləri ilə əvəz edilsin.
27. 1 "A” saylı əlavədə "Deputatlığa namizədin, siyasi” sözləri "Siyasi” sözü ilə əvəz edilsin.
28. 2 "A” saylı əlavədə "Prezidentliyə namizədin, siyasi” sözləri "Siyasi” sözü ilə əvəz edilsin.
29. 3 "A” saylı əlavədə "Bələdiyyə üzvlüyünə namizədin, siyasi” sözləri "Siyasi” sözü ilə əvəz edilsin.
30. 4 saylı əlavənin "Qeyd”i ləğv edilsin.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi