AMiP namizədlər siyahısını müəyyənləzdirib (siyahı)

img

11-09-2010 [11:10]


Bu gün ? Ambassador? Hotelin Konfrans salonunda Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının iclası keçirilib. İclasda AMİP-in Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirakı, AMİP namizədlərinin və səlahiyyətli nümayəndələrin irəli sürülməsi, seçki proqramının təsdiqi, parlament seçkilərinə AMİP strukturlarının hazırlığının vəziyyəti və digər məsələlər müzakirəyə çıxarılıb. İclasın gündəliyi təsdiq olunduqdan sonra AMİP sədri Yusif Bağırzadə çıxış edərək partiyanın X Qurultayından otən dövr ərzində görülən işlər, ölkədəki mövcud durum və seçkiqabağı vəziyyət barədə fikirlərini bildirib. O, qeyd edib ki, AMİP-in son dövrlər aktivləşməsi, öz stukturlarını möhkəmləndirməsi, cəmiyyətdə nüfuzunun getdikcə artması, beynəlxalq əlaqələrini gücləndirməsi, eləcə də regionda və ölkədə cərəyan edən sosial-iqtisadi, və siyasi proseslərin dinamikası partiyanı parlament partiyasına çevirməyə imkanlar yaradır. Baş Katib Arzuxan Əlizadə, Mərkəzi Şura sədri Adnan Novruzov, seçki katibi Rəşad Bayramov, mətbuat və təbliğat katibi Əli Orucov və digər natiqlər də çıxışlarında partiyanın seçkilərdə iştirak formatı, qarşıya qoyulan məqsəd və vəzifələr, seçki platforması, həmçinin, gündəliyə çıxarılan məsələlər haqqında düşüncələrini bölüşüblər. Müzakirələrdən sonra noyabrın 7-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərə AMİP namizədlərinin və səlahiyyətli nümayəndələrin siyahısı Seçki Dairələri üzrə səsverməyə çıxarılıb və yekdilliklə təsdiq olunub. Məkəzi Sura, həmçinin, boş qalan digər Seçki Dairələri üzrə namizədlərin irəli sürülməsi səlahiyyətinin AMİP Nizamnaməsinə uyğun olaraq Siyasi Şuraya verilməsi haqqında da qərar qəbul edib. Bunula da AMİP Mərkəzi Şurasının növbəti iclasına yekun vurulub. Azərbaycan Milli İstiqlal Partiyasının 07 noyabr 2010-cu il tarixdə keçiriləcək Milli Məclisə seçkilərdə irəli sürdüyü namizədlər 8 saylı Binəqədi birinci Həmzəyev Sadiq 9 saylı Binəqədi ikinci Orucov Əli 10 saylı Binəqədi üçüncü Ələsgərov Nazim 12 saylı Qaradağ ? Binəqədi -Yasamal Əliyev Aydın 13 saylı Xəzər birinci Məmmədov Ramiz Cəmil oğlu 15 saylı Yasamal birinci Mustafayev Elşən 16 saylı Yasamal ikinci Məlikəliyev Xanmirzə 17 saylı Yasamal üçüncü Abdullayeva Mehriban 18 saylı Nərimanov ? Nizami Əsgərov Ələddin 19 saylı Nərimanov birinci Həsənov Xalıqverdi 20 saylı Nərimanov ikinci Qurbanov Adil 21 saylı Nəsimi birinci İsgəndərov Heydər 22 saylı Nəsimi ikinci Ənsər Ceyran 23 saylı Nəsimi ? Səbail Adıgözəlova İradə 24 saylı Nizami birinci Hüseynova Füruzə 25 saylı Nizami ikinci Səfərov Məmmədəli 26 saylı Sabunçu birinci Nagıyev Bilman 28 saylı Sabunçu üçüncü Əşrəfov Mansur 30 saylı Suraxanı birinci Arzuxan Əlizadə 31 saylı Suraxanı ikinci Məmmədov Azad 33 saylı Xətai birinci Novruzov Ədnan 34 saylı Xətai ikinci Həsənov Məhərrəm 35 saylı Xətai üçüncü Əliyev Arif 36 saylı Xətai dördüncü Muradov Akif 37 saylı Nizami birinci (Gəncə) Məlikov Elşən 38 saylı Nizami ikinci (Gəncə) Aslanov Eldar 39 saylı Kəpəz birinci (Gəncə) Bağırzadə Yusif 40 saylı Kəpəz ikinci (Gəncə) Kərimov Aftandil 41 saylı Sumqayıt birinci İbrahimov Raqif 42 saylı Sumqayıt ikinci Qasımov Məzahir 43 saylı Sumqayıt üçüncü Qurbanov İsa 44 saylı Sumqayıt-Abşeron Əhmədli Dünyamin 45 saylı Abşeron Beybutov Quvat 47 saylı Mingəçevir Həsənov Aydın 49 saylı Yevlax ? Mingəçevir Abbasov Elman 52 saylı Quba Həsənov Firudin 53 saylı Quba ? Qusar Qonaqov Rufiz 54 saylı Şabran ? Siyəzən Dadaşov Gündüz 55 saylı Xaçmaz şəhər Qurbanov Məhəmməd 56 saylı Xaçmaz kənd İsgəndərov Xoşbəxt 59 saylı Salyan Quliyev Abasaga 66 saylı Biləsuvar Şərbətov Fürsənd 73 saylı Lənkəran şəhər Hüseynova Məhriqə 75 saylı Lənkəran Masallı Elxan Əhmədzadə 78 saylı Lerik Şahverənov Güləddin 79 saylı İmişli Həsənov Tapdıq 81 saylı Beyləqan Bayramov Elman 85 saylı Şamaxı Quliyev İlham 86 saylı İsmayıllı Bədəlzadə Nüşabə 87 saylı Agsu-İsmayıllı Kərimov Qurban 88 saylı Göyçay Teyyub Hüseynli 89 saylı Göyçay ? Ağdaş İsayeva Sənubər 90 saylı Ağdaş Logman Əliyev 93 saylı Bərdə şəhə Qarayev Zahid 94 saylı Bərdə kənd Məmmədov Çingiz 96 saylı Goranboy ? Naftalan Paşayev Abuzər 97 saylı Goranboy ? Ağdam ? Tərtər Aslan Aqil 98 saylı Şəmkir şəhər Zamanov Elman 102 saylı Samux ? Şəmkir Həsənova İradə 105 saylı Tovuz Muradov Namiq 108 saylı Ağstafa Nəcəfova Sugra 109 saylı Balakən Məmmədov Aslan 111 saylı Zaqatala? Balakən Bəhmən Xanəlizadə 112 saylı Qax Nigar Əlicanova 113 saylı Şəki şəhər Bağırov Əbülfəz 114 saylı Şəki kənd birinci Cabbarov Nüsrət 115 saylı Şəki kənd ikinci Feyzullah Elxan 116 saylı Qəbələ İsmayilov Sadiq 117 saylı Oğuz ? Qəbələ Abbasov İraddin 119 saylı Ağdam kənd Həsənov Yaşar

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA