Dünən gecə Azərbaycanda 3 baldan aşağı 8 zəlzələ olub - Rəsmi

img

11-01-2018 [10:56]


Dünən gecə Azərbaycanda 3 baldan aşağı 8 zəlzələ olub.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Lerik ərazisində qeydə alınan zəlzələnin maqnitudası 3,4 olduğundan məlumat verilib:

"Narahat olunası məsələ deyil. Lerikdə baş verən zəlzələ 3 baldan artıq olduğu üçün məlumat vermişik. Dərinliyi 33 km olan zəlzələ hiss olunmayıb. Dünən axşam ölkə ərazisində 3 baldan aşağı 8 zəlzələ baş verib”.

Qurban Yetirmişli qeyd edib ki, Azərbaycan-İran sərhədində baş verən zəlzələ ölkə üçün təhlükəli vəziyyət deyil.

Qeyd edək ki, Avropa Seysmoloji Mərkəzin yaydığı məlumata görə, Astara rayonunun Kijoba qəsəbəsindən 6 km cənub-qərbdə 3,9 və İranın Kerman şəhərində 4,9 bal gücündə zəlzələ baş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA