Oteldə ölən ərəb turistlə bağlı - Açıqlama

img

10-01-2018 [14:46]


"Ariva” hoteli yanvarın 8-də Bakıda ərəb turistin 311 nömrəli otaqda ölməsi ilə bağlı yerli KİV-də yayılan məlumatlara münasibət bildirib.

Mia.az-ın xəbərinə görə, hoteldən Oxu.Az-a daxil olan məlumatda bildirilir ki, insident barədə dərhal polisə xəbər verilib və hadisə yerinə tibbi ekspertiza aparılıb.

Qeyd edilir ki, mərhum ürək çatışmazlığından vəfat edib, otaqda onun qəbul etdiyi dərman preparatları da aşkar olunub.

Hotel nümayəndəsi ərəb turistin otağında xanımların olması barədə məlumatı təkzib edib:

"Saytlarda yayılan məlumatlar yanlışdır. Həmin şəxsin otağında xanım olmayıb. O, nömrədə tək olub”.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA