10-09-2010 [01:49]
Kamal Abdulla ?Literaturnaya qazeta?nın suallarını cavablandırıb
Keçmiş qədər müasir olan heç nə yoxdur, çünki bu gün yaşadığımız hər bir an keçmişlərin və gələcəyin bütün dolğunluğunu özündə əks etdirir ? şair, nasir və alim Kamal Abdullanın ?LQ?-də təqdim olunan bu pritçasında müəllifin insan tarixçələrinə və insanlığın tarixinə nüfuzetmə rakursunu təxminən bu cür tərif etmək olar. Onun Ellada dövrlərindən bəhs edən, əvvəlki saylarımızda çap olunmuş ?Xaron? və ya ?Parisin seçimi? başlıqlı miniatürlərində, orta əsrlər məşhur türk eposunun süjeti əsasında qələmə alınmış və dünyanın bir çox ölkələrində populyarlıq qazanmış ?Yarımçıq əlyazma? romanında, yaxud sufilərin fəlsəfi təcrübəsindən bir çox mətləbləri özündə cəmləşdirmiş və rus dilində nəşrə hazırlanan ?Sehirbazlar dərəsi? adlı roman-fantaziyasında olduğu kimi, burada da yazıçı oxucunu ehtişamın, dəbdəbənin, yer və səma hökmranlığının anlamı və dəyəri, insan varlığının kövrəkliyi və bu dünyada hər şeyin təkrarlandığını təxmin etməyərək, öz yolunu birmənalı olaraq İndi və Burada seçənlərə yetişən qaçılmaz cəza haqqında düşünməyə dəvət edir?
[b]- Şair, nasir, dramaturq. Bunlardan hansı sizə daha yaxındır? Yoxsa bütün bu ipostaslar sizin üçün bir-birindən ayrılmaz anlayışlardır? [/b]
- Demək çətindir. Yəqin ki, mənim üçün səhih janr sərhədləri yoxdur. Ancaq bir şeyi qeyd etməyə bilmərəm, günlərin bir günü, artıq cavan olmadığım vaxtlarda, birdən-birə anladım ki, bütün yazdıqlarım ? pyeslər, şeirlər, hekayələr, hətta publisistik məqalələr ? bütün bunlar bir romanın eskizləridir.
İnşallah, tezliklə üçüncü romanım nəşr olunacaq və mən belə düşünürəm ki, bütün bunlar, sizin dediyiniz kimi, yeganə əsas əsərin ipostaslarıdır.
[b]-Siz Bakı Slavyan universitetinin rektorusunuz. Bu yükü də qaldırmağa mükəlləfsiniz. Bu gün bu təhsil ocağı nəylə yaşayır?[/b]
- Universitetin təşəkkül tapdığı ilk illərdə, əlbəttə, asan deyildi. Prezident Heydər Əliyev bu unikal elm və tədris müəssisəsinin yaradılması haqqında qərar verdikdən sonra, universitetin həyat aqbiliyyətinə şübhə eləyən adamlar da tapılırdı. Bu gün Bakı Slavyan universiteti ? təkcə Azərbaycanda deyil, bütün regionda rusistikanın əsas potensialı deməkdir. Rus dilinin, ədəbiyyatının, rus tarixinin və mənəvi-əxlaqi dəyərlərinin tarixinin öyrənilməsi, rus dilindən və əksinə tərcumə işinin təşkili ilə bağlı götürdüyümüz əsas istiqamətlə yanaşı, bu gün biz bogemistika, polonistika, bolqarşünaslıq, ukraynaşünaslıq və s. ixtisasları üzrə mütəxəssislər hazırlayırıq. Dərsliklər, müxtəlif dərs vəsaitləri nəşr edirk, həm tarixin ən aktual məsələləri, həm də rus dili və ədəbiyyatının müasir vəziyyəti ilə bağlı dissertasiyalar yazır və müdafiə edirik, aylıq elmi tədqiqat işlərimiz işıq üzü görür, geniş rezonans doğuran elmi konfranslar keçiririk. Bizim slavyan ölkələrindən, Avropadan olan partnyorlarımızla səmərəli əməkdaşlığımız mövcuddur. Ancaq ilk növbədə, əlbəttə, Rusiya ali məktəblərindən olan həmkarlarımızla ümumi maraqlarımızı və birgə faydalı tədris-elmi proyektlərimizi qeyd etməliyəm. Bizm gənclik bu gün də rus dilini həvəslə öyrənir. Gənclik başa düşür ki, bu dil təkcə böyük rus mədəniyyəti ilə yox, həm də bəşəriyyətin mənəvi sərvətləri ilə yaxından tanış olmaq üçün çox faydalı mənbə rolunu oynayır. Sevindirici haldır ki, hazırda Rusiya gəncliyində də analoji maraqların oduğunu görürük. Bir çox Rusiya universitetlərində Bakı Slavyan Universitetinin bilavasitə iştirakı ilə azərbaycanşünaslıq, Azərbaycan dili, ədəbiyyatı və mədəniyyəti üzrə ixtisaslar açılmaqdadır.
[b]- Sizin ?Etiraf? şeirinizdən aşağıdakı misraların fəci bir havası var:
Hər şey məhrum olub bakirəlikdən,
Öz ilkinliyini itirib hər şey?[/b]
- Bütün bunlar ? əhval-ruhiyyədir! Yaşla bağlı məsələlərdir! Axı insan sanki iki zaman ölçüsündə yaşayır: birincisi, onun real yaşıdır ? arxada qoyduğu illərdir; ikincisi isə ? heç də hər zaman, hətta əksər hallarda, pasportdakı qeydlərlə üst-üstə düşməyən daxili yaş həddidir. Biz bəzən real yaşımızdan daha böyük, bəzən isə daha kiçik oluruq. Beləcə, ilkinliyin sehri ? hər kəsin qəlbində bir yanğı, nostalji kimidir. Paustovskinin çoxdan oxuduğum hekayəsindəki bir cümləni xatırlayıram. Dəqiqliyinə zəmanət verə bilmərəm, amma fikir təxminən bu cür ifadə olunmuşdu: ?Biz həyatımız boyu gəncliyimizdəki mənəvi saflığa dönməyə çalışırıq?? Buna yalnız onu əlavə etmək olar ki, bəzən bu saflığı tapırıq, bəzən isə ? yox. Arınmaq, bu ilkinliyi, yəni ?saf gəncliyə? aparan yolu hiss etmək isə yalnız etirafla mümkündür. Etiraf ? insana arınmağa və özünü azad hiss etməyə, dəyişilməyə imkan yaradan mənəvi-əxlaqi vasitədir.
[b]- Bu gün hansı yaradıcılıq ideyalarıyla yaşayırsınız? MDB-də hansı pyesləriniz tamaşaya qoyulur?[/b]
- Mən yaradıcılıq ideyaları barədə heç vaxt danışmıram. Onların haqqında danışmaq yox, onları sadəcə reallaşdırmaq lazımdır. Pyeslərimin tamaşaya qoyulmasına gəlincə, MDB ölkələri hələ ki, mənə ?xalis? dramaturq kimi xüsusi diqqət yetirməyiblər. Postsovet ölkələrindən Estoniyada və Gürcüstanda pyeslərim səhnələşdirilib. ?Mənim bütün kədərim? adlı pyeslər kitabım rus dilində nəşr olunub. ?Literaturnaya qazeta? bu kitabla bağlı öz rəyini bildirib və mən bunula qürur duyuram.
[b]- Sizcə, Azərbaycanla Rusiya arasında müasir mədəni dialoq nə şəkildə qurulmalıdır?[/b]
- Bu dialoq qarşılıqlı etimada əsaslanmalıdır. Qarşılıqlı etimada və sevgiyə. Onsuz da Rusiyanı həmişə sevəcəyik və ona inanacağıq. Amma istərdik, çox istərdik ki, ?müasir Rusiyanı həm də ağılla anlayaq?.
Söhbətləşdi: Svetlana Xromova