Sədr əmr verdi - Yeni aparat rəhbəri təyin olundu

img

09-01-2018 [17:05]


"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin Sədrinin müvafiq əmri ilə Read Azər oğlu Qasımov İdarənin Aparat rəhbəri vəzifəsinə təyin edilib.

İdarədən Mia.az-a verilən məlumata görə, R.Qasımov 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə ilə bitirib. 

O, əmək faəliyyətini 1997-1999-cu illərdə beynəlxalq şirkətlərdə başlamış, 1999-cu ilin sonunda dövlət qulluğuna qəbul edilərək Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində "Qiymətli kağız sahiblərinin hüquqlarının müdafiəsi” şöbəsinin rəisi, 2003-cü ildən etibarən isə Komitənin Hüquq departamentinin direktoru vəzifəsində davam etdirmişdir. Daha sonra 2006-ci ilin yanvar ayında Azərbaycan Respublikasının İqtisadi İnkişaf nazirliyinin Hüquq şöbəsinin müdiri, 2006-cı ilin oktyabr ayından isə Azərbaycan İnvestisiya Şirkətinin İcraçı direktorunun müavini təyin edilib. 2009-2010-cu illərdə "Küveyt-Azərbaycan İnvestisiya Şirkətinin” Baş direktoru, 2010-2013-cü illərdə "Turkapital Holding” şirkətinin Azərbaycanda nümayəndəliyinin direktoru vəzifələrində çalışıb.

R.Qasımov 2013-cü ildən "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Hüquq və Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri olub.

Dövlət qulluğunun müşaviri dərəcəsinə malikdir. Evlidir, iki övladı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA