Özünü dənizə atan şair universitetdən qovulubmuş - Açıqlama

img

09-01-2018 [15:26]


Özünü dənizə ataraq intihar edən 23 yaşlı Məlik Nizaməddin oğlu Cahangirov ötən ilin dekabr ayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri sırasından xaric edilib.

Mia.az xəbər verir ki, bu barədə Trend-ə universitetdən məlumat verilib. Məlumatda qeyd edilir ki, 1995-ci il təvəllüdlü Məlik Cahangirov 2013-2014- cü tədris ilində ADPU-nun Tarix və coğrafiya fakültəsinin "Coğrafiya müəllimliyi” ixtisasına qəbul edilib. 2016-2017-ci tədris ilində IV tədris ilinin 401-ci qrupunun tələbəsi olub:

"2 fəndən akademik borcu olduğuna və son semestrdə dərslərə gəlmədiyinə görə 22 dekabr 2017-ci il tarixli 2/227 saylı əmrlə ADPU tələbələri sırasından xaric edilib. Ötən ilin sentyabr ayından indiyədək Məlik Cahangirovun ADPU ilə heç bir əlaqəsi olmayıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA