09-01-2018 [14:39]
Xəbərlə kom portalında Sumqayıtda bişirilən və kənardan şəhərimizə gətirilən çörəklə bağlı məqaləyə öz münasibətimi FEYs dostlarımla bölüşmək istərdim.
Bu, məsələ məni çoxdan narahat edirdi. Bir neçə ay bundan əvvəl zibil yeşiyinə atılaraq, göyərmiş, kif basmış çörəyə rast gələndə ürəyim ağrıdı. Çörək "Qurani-Kərim"dən əvvəl gəldiyindən həmişə müqəddəs sayılıb. Ona xor baxanları mən həmişə Allahsız hesab etmişəm. Çörəyi zibil yeşiyində görəndə 1963-cü il yadıma düşdü. 3-cü sinifdə oxuyurdum. Yaşlı nəslin nümayəndələrin xatirindədəir. Ölkədə çörək qıtlığı əmələ gəlmişdi. Biz ailəlikcə səhər saat 5-də çörək mağazalarında növbəyə durardıq. Adama bir ədəd çörək verilirdi. Həmin günləri 1990-cı illərin əvvəllərində də yaşadıq. Lakin o ağır günlər Sumqayıtdan yan keçdi. Un problemi Azərbaycanın bir çox regionlarında yarandı, hətta bir neçə çörək mağazalarını vurub dağıtmışdılar. Sumqayıt da belə bir hal yaşasaydı, yəqin ki, sosial partlayış baş verərdi. Bunun qarçısı isə qətiyyətlə, böyük zəhmət və gərgin əməklə alındı. Sumqayıt - Çörək" ASC-nin rəhbərliyi sumqayıtlıları çörəksiz qoymadılar.
Yadımdadır, Dəvəçi, Siyəzən, Quba rayonundan Sumqayıta gəlib çörək alıb aparırdılar. Həmin vaxtlar Sumqayıt Çörək Kombinatının rəhbərliyi Stavropol vilayətindən, yollarda quldur dəstələrinin fironluq etdikləri bir zamanda necə fədakarlıq göstərərək, Sumqayıta taxıl məhsulları gətirdiklərinin canlı şahidi olmuşam və sumqayıtlılar 1963-cü il çörək qıtlığı ilə üzləşmədilər. Bunu deməklə, Sumqayıt Çörək ASC-nin rəhbərliyinin işini tərifləmək istəmirəm. Baxmayaraq ki, onuların rəhbərləri ilə bir sinifdə oxumuş, bir məhəllədə yaşamışıq. Sumqayıtda yaşadığım vaxtdan bu günədək valideynlərim, mən, övladlarım Sumqayıt çörəyi ilə qidalanırıq. Niyə? Çünki onun keyfiyyəti başqa zavodlarda bişirilən çörəklərdən qat-qat keyfiyyətlidir. Mübaliğəsiz deyə belərəm ki, postsovet məkanının bir çox şəhərində olmuşam, çörək dadmışam, ancaq heç biri Sumqayıt çörəyinin dadını verməyib. Bir misal da gətirmək istəyirəm. Mənimlə bir məhəllədə yaşayan dostum İslam, ailə vəziyyəti ilə əlaqədar Amerikada yaşayır. Tez-tez Feysbuk vasitəsilə məktyblaşırıq. Sumqayıta gəldiyini bildirəndə ona sual etdim: Sumqayıtın nəyi üçün darıxmısan?" O belə cavab verdi: "Beşmərtəbəni görmək (cavanlar yəqin ki, bilmirlər, ilk beşmərtəbə harada yerləşir) "Sevgililər körpüsü"nün üstündə dayanıb Xəzəri seyr etmək və Sumqayıt çörəyini alıb, öpüb, gözlərimin üstünə qoyub onu yavan yemək" İki ildən sonra İslam Sumqayıta gəldi və dediklərinə də əməl etdi. Bunu misal gətirməkdə məqsədim nədir? Azərbaycan bazar iqtisadiyyatı şəraitində yaşayır. Sahibkarlara geniş imtiyazlar verilib. Çörək sənayesində də rəqabət var. Gəlin etiraf edək ki, bu rəqabət sağlam düşüncə şəraitində aparılmır. Bakıda,, ayrı-ayrı rayonlarda çörək sənayeçiləri Sumqayıtın bazarını ələ almaq istəyirlər. Bunu onlara heç kim qadağa edə bilməz. Bir şərtlə ki, məhsul keyfiyyətli və davamlı olsun. Bir çox sexlər anti-sanitariya şəraitində çörək bişirir, (telekanallar bunu göstərib) tərkibində zülalın faizi normadan qat-qat aşağı olur, dəqiq texnologiyanı mənimsəyə bilmədiklərindən çörəyin keyfiyyəti aşağı düşür. Sual verirəm: Niyə Bakıdan Sumqayıta çörək gətirilir? Görünür, çörək istehsalı ilə məşğul olanlar bütün normaları kobud surətdə pozur, bunun nəticəsində alıcılıq qabiliyyətii azalır və onlar yeni bazar əldə etmək üçün Sumqayıta üz tuturlar. Bunları deməklə bütün sağlam rəqabətə riayət edən, müasir texnologiya ilə işləyən sahibkarların üzərinə kölgə salmaq fikrində deyiləm. Atalar yaxşı deyib: Çörəyi ver çörəkçiyə, birini də üstəlik. Sumqayıt-Çörək" ASC-nin kollektivi ən ağır rəqabətlərə dözüb, sınaqdan layiqincə çıxıb, illərlə formalaşmış, mağazalara girib"Zavod çörəyi varmı?" soruşanlar həqiqi mənada həmişə süfrələrinin üstündə Sumqayıt çörəyini görmək istəyirlər. Bu, Sumqayıt çörək bişirənlərin uğurudur. Təməli illərlə əvvəl qoyulan uğuru. Sonda onu demək istəyirəm ki, çörək bişirəndə insan öz vicdanının qarşısında cavabdeh olmalıdır. Keyfiyyətsiz, göyərmiş çörəyi zibil yeşiyinə atanı qınasam da, ilk növbədə onu bişirəni və satışa çıxaranı daha çox qınayıram. Görünür, belə insanlarda şəxsi mənafe vicdandan üstün tutulur.
Təəssüf...Çox təəssüf...
Eyruz Məmmədov (publisist-yazar)
Birlik.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi