Menecer Şəhriyar del Gəraninin yalanını çıxardı: "Məqsədi nədir bilmirəm..."

img

09-01-2018 [13:26]


Şəhriyar del Gərani adlı Feysbuk istifadəçisinin yazdığı statusla tanış oldum. Statusu oxuduqdan sonra dərhal məsələni araşdırdım. "Favorit” supermarketinin heç bir filialında belə hal yaşanmayıb.

Mia.az xəbər verir ki, bu barədə "Favorit”lə birləşmiş "Araz” supermarketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elvin Babayev məlumat paylaşıb.

Onun sözlərinə görə, marketlərdə çalışan hər bir satıcıya "Araz” təlim və inkişaf mərkəzində müştəri ilə davranış kodeksi, etik davranış qaydaları mövzularında təlim və seminarlar keçirilir: "Müştərilərimiz hər hansı bir satıcı barədə şikayət edərsə, şikayət Müştəri xidmətləri şöbəsi və İnsan resursları departamenti tərəfindən araşdırılır. Əgər neqativ hal baş veribsə, personala xəbərdarlıq olunur və etik davranış barədə yenidən təlimatlandırılır”.

Elvin Babayev qeyd edib ki, mağaza personalının dərhal işdən azad olunması isə absurddur: "Şəhriyar del Gərani adlı Feysbuq istifadəçisindən şirkətimizə heç bir şikayət daxil olmayıb. Yazdığı statusun əsası yoxdur. Məqsədi nədir bilmirəm... Əgər şikayəti varsa, bizə bildirə bilər. Bizim üçün bütün müştərilər dəyərlidir. Ümumən isə müştərilərimizdən hər hansı bir neqativ hal yaşandıqda dərhal qaynar xəttimizə (012924) zəng edərək, Feysbuk və İnstaqram səhifəmizə yazaraq bizə məlumat verməsini xahiş edirik”.

Qeyd edək ki, şair Şəhriyar del Gərani adlı Feysbuq səhifəsində "Favorit” supermarketində alış-veriş zamanı satıcı ilə arasında mübahisə yarandığını və satıcının işdən azad edildiyini yazıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA