Dağlıq Qarabağda iki erməni əsgər minaya düşdü - Erməni mətbuatı

img

09-01-2018 [13:02]


Dağlıq Qarabağda iki erməni əsgər minaya düşüb.

 Modern.az  "Novosti Armeniya”ya istinadən xəbər verir ki, hadisə yanvarın 4-də baş verib.

Ancaq hadisə barədə rəsmi məlumat bu gün yayılıb. Yaralanan hərbçilər Xankəndindəki hospitala yerləşdirilib. Hər iki əsgərin ayağı amputasiya olunub. 

Ötən gün onlardan birini Yerevandakı Müdafiə Nazirliyinin Mərkəzi Klinik Xəstəxanasına aparılıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA