Bulvarda intihar edən tələbənin meyiti hələ tapılmayıb - Qohumundan ittiham

img

09-01-2018 [12:01]


Ötən gün Bakıdakı Dənizkənarı Milli  Parkda özünü dənizə ataraq intihar edən  Lerik rayon sakini, 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlunun meyiti hələ də dənizdən çıxarılmayıb.

Bu barədə məlumatı Azinforum.az saytına mərhumun əmioğlusu Rəsul Cahangirov verib.

Onun sözlərinə görə, bəzi KİV-lərdə meyitin tapılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb:"Hazırda mən dənizkənarı bulvardayam. Təəssüflər olsun ki, ötən gecə bizim tələblərimizə baxmayaraq, heç bir axtarış aparılmadı. Hazırda hadisənin baş verdiyi ərazidə axtarışlar aparılır. Bizi medianın belə yalan məlumat yayması təəccübləndirir. Əksinə, bu cür çətin vəziyyətdə media həqiqəti yaymalıdır ki, dövlət qurumları da məsuliyyətli davransınlar”.

İntihar edən gənc şairin doğmasının sözlərinə görə,  əmioğlusu özünü bulvarın "Yaxt klub” olan ərazisində dənizə atıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA