Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə müvəqqəti təyinat olub - Ceyhun Bayramovdan əmr

img

09-01-2018 [10:42]


Təhsil Nazirliyinin (TN) Aparat rəhbəri vəzifəsi müvəqqəti olaraq nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Muxtar Məmmədova həvalə olunub.

Mia.az "Report”a istinadən xəbər verir ki, yeni təyinata qədər Aparat rəhbəri vəzifəsini M.Məmmədov icra edəcək.

Qeyd edək ki, TN Aparat rəhbəri vəzifəsi uzun müddətdir vakantdır. Bu vəzifənin icrası müvəqqəti olaraq nazirliyin informasiya şöbəsinin müdiri Elnur Əliyevə tapşırılmışdı. E.Əliyev isə keçən ilin dekabr ayında vergilər nazirinin müşaviri təyin olunub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA