Daha bir rayona polis rəisi təyin olundu - Ramil Usubovdan əmr

img

08-01-2018 [20:03]


Daşkəsən rayonuna yeni polis rəisi təyin olunub.

Daxili işlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə polkovnik-leytenant Vəfadar Orucov Daşkəsən rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

V.Orucov Göygöl rayon Polis Şöbəsində rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Daşkəsən rayon Polis Şöbəsinin əvvəlki rəisi Fəxrəddin Abbasov bir müddət əvvəl Ağsu rayon Polis Şöbəsinə rəis vəzifəsinə təyin edilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA