Zığda qəzada yaralananlardan 4 nəfəri hələ xəstəxanada - Nazirlikdən açıqlama

img

08-01-2018 [11:00]


Bakıda Zığ şossesində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilən sərnişinlərin 11-i artıq evə buraxılıb.

Mia.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasında 4 nəfərin müalicəsi davam etdirilir. Onların sağlamlıq vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, yanvarın 6-da Zığ şosesində 175 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-XM-581 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yoldan kənara çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində ümumilikdə, 20 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların 15-i 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA