05-01-2018 [21:45]
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri sosial şəbəkədəki səhifəsində "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbərinə "İbrahim Kərbalayev, görürsünüz yalanlarınız bir-bir ortaya necə çıxır?" başlığı altında maraqlı şikayət məktubu ünvanlayıb.
Mia.az komitə sədrinin yaydığı həmin şikayət məktubunu təqdim edir:
""Azəriqaz"ın rəhbəri, cənab Əkbər Hacıyevə!
Ağstafa rayonu Qıraq Kəsəmən kənd sakini, abonent Ələddin Qarayev (Abonentin kodu - 296104200003270) bildirib ki, bu gün (05.01.2018-ci il) bizə yekun borcla bağlı bildiriş verilib. Yazıb ki, "mənim sayğacımda 31.12.2017- ci ilə olan 4661 göstəricini bu gün, yəni 5.01.2018ci il tarixdə sayğacın göstəricisini müəyyən edən aparatı proqramlaşdıraraq 30.12.2017 köhnə tarixi yazaraq, 4744 kub israf kimi bildirişdə təqdim ediblər. 83 kub qaz sərfiyyatımı 10 qəpiklə ödəyəcəyim halda, bu maxinasiya vasitəsi ilə 20 qəpiklə ödətmək istəyirlər"".
Xatırladaq ki, bir neçə gün əvvəl hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı 2018-ci ilin başlamasına baxmayaraq, qaz sayğaclarının hələ də sıfırlanmadığını iddia etmişdi.
O bildirirdi ki, Qaz idarələrində olan itkilər, bu itkilərə görə vəzifəli şəxslərin vəzifədən getmə (cəzalanma) ehitimalı yüksək olduğundan, onlar da qaz itkisini ört-basdır etmək üçün abonentlərin sayğac göstəricilərində dekabrın qaz sərfini yanvar ayınının əvvəllərində qeyd etməyi planlaşdırıblar.
M.Qəhrəmanlı fakt olaraq ailə üzvünün üzləşdiyii halı da qeyd edib. Bildirib ki, qızı smartkarta 10 manat yükləyib, amma sayğaca 10 deyil, 5 manat yüklənib: "Halbuki, yanvarın 1-dən etibarən limit ləğv olunmalı idi. "Azəriqaz”ın rəhbəri Əkbər Hacıyev, bu gün qızım smartkarta 10 manat pul vurub. Ancaq sayğac 5 manat yüklədi. Niyə oğurluq? Pulu həftə sonunadək qaytarmasan, səni məhkəməyə verəcəm. Hanı sənin sıfırlanman?”.

Mirvari QƏHRƏMANLI
Maraqlı məqamlardan biri də bu idi ki, hüquq müdafiəçisinin qaldırdığı faktlara "Azəriqaz” İstehsalat Birliyinin ( İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev özünəməxsus formada cavab vermişdi.
O, qeyd edib ki, 2018-ci il yanvarın 1-dən etibarən bütün sayğaclar sıfırlanıb:
"Tarif (qiymət) Şurasının 2016-cı il 22 dekabr tarixli, 19 nömrəli qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanıb. 2017-ci il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanıb. Mirvari Qəhrəmanlı yeganə abonentdir ki, bu barədə şikayət edir. Ünvanı, sağyacın kodunu qeyd etsin. Biz bazada baxaq. Əminliklə bildirirəm ki, elə bir problem yoxdur. Və yeganə insandır ki, belə bir müraciət ünvanlayıb ki, guya 10 manat yükləsə də, 5 manat yüklənib”.
İ.Kərbalayev sözlərinə belə davam edib:

İbrahim Kərbalayev
"Birincisi, sayğacın göstəricisi manatla deyil, kubla göstərilir. İkincisi, onun məsələsilə bağlı müraciət ünvanlamışıq ki, abonent kodunu bizə bildirsin. Yalnız o halda araşdırma aparıb açıqlama verə bilərik”.
"Azəriqaz” rəsmisi qeyd edib ki, 2017-ci ildə təbii qazın monitorinqi zamanı mexaniki sayğacla təmin olunan abonentlərin 25 faizi illik limiti keçib: "Smart tipli sayğaclarda, həmçinin, "Smart ITRON” məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə 1700 kubmetr limit 2018-ci il yanvarın 1-i tarixindən başlayaraq smart karta aparılan ilk ödəniş əməliyyatından etibarən hesablanacaq. Yəni, əgər abonentin sayğacında ötən ildən məbləğ qalıbsa, 2018-ci ildə hansı aydan ödəniş edəcəksə, o vaxtdan yeni 1700 kubmetr qaz limiti hesablanacaq”.
Göründüyü kimi, Kərbalayevin sözlərindən fərqli olaraq, Ağsatafa sakini sayğac kodunu da qeyd etməklə, hələ bu gün sayğac göstəricisinin sıfırlandığını şikayətində yazıb. Üstəlik, saxtalaşdırılmaqla...
Qeyd edilənlərlə bağlı "Azəriqaz"ın doğru-dürüst açıqlama verəcəyinə ümid edirik.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi