Azərbaycan 22 bank filialı bağlandı - Palata statistikanı açıqladı

img

05-01-2018 [19:01]


2017-ci ilin yanvar-noyabr aylarında banklara məxsus 22 filial bağlanıb.

Mia.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin yanvar ayından dekabrın 1-dək bankların ümumilikdə 22 filialı fəaliyyətini dayandırıb.

Belə ki, əgər 2017-ci ilin yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, noyabrın sonunda bu göstərici 547-yə qədər azalıb. 

Bundan fərqli olaraq, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər ötən il yanvarın 1-dək 131 bank şöbəsi fəaliyyət göstəribsə, nöyabrdaq şöbələrin sayı 142-yə yüksəlib.

Qeyd edək ki, ötən ilin 11 ayında ölkədə 32 bank fəaliyyət göstərib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA