İqtisadiyyat Nazirliyinin yeni Aparat rəhbəri kimdir? - Təyinat + Tərcümeyi-hal

img

05-01-2018 [17:47]


Ayaz Əliyev İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edilib.

 Mia.az APA-ya istinadən xəbər verir ki, A. Əliyev 1996-2001-ci illərdə Mingəçevir Politexnik İnstitutunda müəllim olub, 2001-2003-cü illərdə Bakı şəhəri üzrə Baş Vergilər İdarəsinin Vergi ödəyicilərinin auditinin təşkili şöbəsinin və Vergilər Nazirliyinin Daxili nəzarət baş idarəsinin Vergi orqanlarının fəaliyyətinə nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifələrində işləyib.

A. Əliyev 2003-2008-ci illərdə Vergilər Nazirliyinin Daxili nəzarət baş idarəsinin Şəxsi heyətlə iş üzrə şöbəsinin, Daxili təhlükəsizlik baş idarəsinin Daxili audit şöbəsinin və Daxili audit baş idarəsinin Struktur bölmələrinin auditi şöbəsinin rəisi vəzifələrində çalışıb. Kiçik vergi xidməti müşaviri xüsusi rütbəsi var. 2008-2014-cü illərdə İqtisadiyyat və Sənaye Nazirliyinin aparatında şöbə müdiri vəzifəsində işləyib. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi vardır. 2014-cü ilin mart ayından İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini, 2017-ci ilin dekabrından Aparat rəhbəridir.

 Qeyd edək ki, bundan öncə İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev Azərbaycan prezidenti İlham Əliyevin 22 dekabr 2017-ci il tarixli sərəncamı ilə energetika nazirinin müavini təyin edilib. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA