Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu veriləcək - Tələblər müəyyənləşdi

img

05-01-2018 [10:30]


Nazirlər Kabineti "Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”i təsdiqləyib.

Qərara əsasən, "Tədqiqat universiteti” statusu aşağıdakı tələblərə uyğun gələn ali təhsil müəssisələrinə verilir:

- fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün müvafiq infrastrukturun, elektron kitabxananın, müasir maddi-texniki bazanın və elmtutumlu avadanlıqdan kollektiv (digər ali təhsil müəssisələri) istifadə mərkəzinin mövcudluğu;

- son bir təqvim ili ərzində beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) respublika üzrə nəşr olunan məqalə sayının azı 10 faizinin ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən nəşr edilməsi;

- doktorantura səviyyəsində kadr hazırlığı aparılan hər ixtisas üzrə doktorluq dissertasiyalarına rəhbərlik edə bilən ən azı 5 professor və ya dosentin olması;

- dissertasiya şuralarının (ən azı 1 şura) fəaliyyət göstərməsi;

- magistratura səviyyəsində ixtisaslaşmaların beynəlxalq akkreditasiyası;

- ali təhsil müəssisələri tərəfindən anti-plagiat sistemindən istifadə edilməsi;

- yerli və beynəlxalq donorlardan son 5 il ərzində elm sahəsində ən az 20 qrantın alınması. 
apa


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA