“Metropoliten”in keçmiş rəhbəri vəzifəsindən getdi - Zaur Hüseynovdan əmr

img

04-01-2018 [14:54]


"Bakı Metropoliteni" QSC-nin tikinti departamentinin rəisiİqor Xankişiyev vəzifəsindən azad edilib.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, İ.Xankişiyev yaş həddinə görə, vəzifəsindən azad olunması üçün "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəisi Zaur Hüseynova ərizə ilə müraciət edib. QSC sədri onun ərizəsini qəbul edərəkİqor Xankişiyevi vəzifəsindən azad edib.

QSC mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev unikal.org-a faktı təsdiq edərək bildirib ki, İqor Xankişiyev yaş həddinə görə işindən öz ərizəsilə ayrılıb: "Uzun müddət isə metro tikintisində rəhbər vəzifələrdə çalışıb. 2014-cü ilə qədər "Azərtunelmetrotikinti" ASC-nin sədr müavini, QSC yarandıqdan sonra isə tikinti departamentinin rəisi vəzifəsində çaılışıb. Gözəl insan və təcrübəli mütəxəssis olub".

Qeyd edək ki, İqor Xankişiyevin 79 yaşı var və1979-1987-ci illərdə "Bakı Metropolitenin"in də rəisi işləyib.2012-ci il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə «Əməkdar Mühəndis» fəxri adına layiq görülüb, «Fəxri dəmiryolçu»dur." "Bakı Metropolitenin"in 50 illik yubleyində prezidentin sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.


    Digər xəbərlər
    SON XƏBƏRLƏR

    Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

    "Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA