"Hazırlıqlı olun, etirazlar davam etsə, müdaxilə edin" - Xameneyi 140 minlik SEPAH döyüşçülərinə təlimat verdi

img

04-01-2018 [11:45]


İranın ali dini lideri Ayətullah Əli Xameneyi İranın İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) döyüşçülərinə hazırlıq təlimatı verib.

Təlimata əsasən, etirazlar davam etsə, 140 min SEPAH-çı aksiyalara müdaxilə edəcək.

Bu barədə SEPAH-ın komandiri Məhəmməd Əli Cəfəri məlumat verib.

Cəfəri bildirib ki, ehtiyac olsa, İran ordusundan əlavə döyüşçülər cəlb ediləcək.

Cənubi Azərbaycan Milli Dirçəliş Hərəkatı rəhbərinin müavini Elyar Makuyi isə məsələyə münasibətdə deyib ki, etirazlar davam etsə, çoxlu qan axacaq. Onun sözlərinə görə, 2009-cu ildə baş verən hadisələr təkrarlana bilər/Teleqraf.com.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA