03-01-2018 [20:17]
"Bu gün fitnənin bitdiyi gündür. İğtişaşların təşkilatçıları və qatılanlardan çoxu, həmçinin münafiqlər həbs olundu. Artıq iğtişaşlar başa çatdı".
Mia.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri İran İslam Respublikasının Keşikçilər Korpusunun (SEPAH) baş komandanı, general Məhəmməd Əli Cəfəri deyib.
SEPAH komandanı qeyd edib ki, rəhbərlik etdiyi qurum 3 şəhərdə - İsfahan, Lorestan və Həmədanda proseslərə qismən müdaxilə edib: "Əgər təhlükəsizlik qüvvələri hazırlıqlı olmasaydı, bu fitnənin şiddəti çox geniş olardı".
O, İranda baş verən etirazları "fitnə" adlandıraraq, bunda 3 ölkəni - ABŞ, İsrail və Səudiyyə Ərəbistanın "barmağı"nın olduğunu bəyan edib: "Baş verən hadisələrdə bu üç ölkənin rolu var".
SEPAH lideri bildirib ki, qeyd edilən üç ölkənin təlimatı ilə ölkədə qarışıqlıq salanların əsas təşkilatçıları həbs olunub və onların hamısı çox sərt cəzalandırılacaqlar.
O, ad çəkmədən və "keçmiş bir səlahiyyətli" deyərək işarə verdiyi İranın keçmiş prezident Mahmud Əhmədnejdatın da etiraz aksiyalarında rolunun olduğunu iddia edib və sabiq prezidentə sərt xəbərdarlıq edib: "İnqilabın təməl prinsiplərini hədəfə alan açıqlamaları və son hadisələrlə bağlı bu adam haqqında təhlükəsizlik qüvvələri müvafiq araşdırma aparır. Əgər onun bu hadisələrdə rolu təsdiqlənərsə, gərəkli addımlar atılacaq".
Qeyd edək ki, SEPAH rəhbəri bu açıqlamasını bitirər-bitirməz İran mediası onun keçmiş prezident Mahmud Əhmədnejdatı nəzərdə tutduğunu yazıb. Əlavə edilib ki, keçmiş prezident ölkədəki etirazlardan bir neçə gün öncəyə qədər tez-tez ölkə rəhbəriyi, məhkəmə sistemi və bir çox sosial məsələlər haqda (hansıkı etirazçılar bunları qabardıb) sərt tənqidlər səsləndirib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi