Ərdoğan Ruhaniyə zəng etdi, "narahatıq" dedi, Ruhani "aksiyalar bir neçə günə bitəcək" cavabı verdi

img

03-01-2018 [13:34]


Türkiyə prezidenti Ərdoğan İranlı həmkarı Həsən Ruhaniyə bu gün zəng edib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon zəngində İranda baş verən etirazlar müzakirə olunub.

Ərdoğan Ruhaninin bir neçə gün əvvəl  "İnsanların etirazını anlayırıq, qəbul edirik, ancaq hər şey qanun çərçivəsində olmalıdır" məzmunlu bəyanatını dəstəklədiyini deyib və İranda tezliklə sabitlik, sakitlik və barışın təmin olunmasında çox maraqlı olduqlarını deyib. 

Ruhani Türkiyəli həmkarının dəstək zəngindən məmnun olduğunu bildirərək, İrandakı aksiyaların yaxın bir neçə gün ərzində bitəcəyini və həyatın öz axarına dönəcəyini vurğulayıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA