Maşınların sükanını sağdan sola keçirə bilməyəcəklər - Qadağan olundu

img

03-01-2018 [11:13]


Yanvarın birindən Gürcüstanda sükanı sağda olan avtomobillərdə sükanın yerinin dəyişdirilməsi qadağan olunur.

Bu barədə "Novosti – Qruziyaya” xəbər verir. İndiyə qədər sükanın yeri dəyişdirilən avtomobillər kimi texniki baxışdan keçiriləcək.

Bundan əlavə, sükanı sağda olan avtomobillərə faraların tənzimlənməsi istisna olmaqla başqa tələblər şamil olunmur.

Bununla da Azərbaycandan olan alıcılar Gürcüstanda maşın gətirərkən bu ölkədə avtomobillərin sükanını sağdan sola keçirə bilməyəcəklər.

Qeyd edək ki, 1 yanvar 2018-ci il tarixindən etibarən Gürcüstanda avtomobillər məcburi qaydada texniki baxışdan keçiriləcək.
azvision.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA