Tramp İrandakı etirazlara yenə reaksiya verdi, rejimi təhqir etdi: "Nəhayət, xalq vəhşi rejimə qarşı hərəkətə keçdi!"

img

02-01-2018 [17:19]


ABŞ prezidenti Tramp İrandakı etirazlarla bağlı daha bir, özü də daha sərt bir açıqama yayıb.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, Tramp budəfəki mesajında Tehran rejimini təhqir etməklə yanaşı, belə bəyanat verib: "İran xalqı, nəhayət, vəhşi İran rejiminə qarşı hərəkətə keçdi!".

ABŞ prezidenti İran iqtidarını hədəfə alaraq sələfi Obamaya da "ilişib".

O bildirib ki, Obama prezidentliyi dövründə axmaqca İrana verdiyi bütün pullar terrorizmə və rejimin cibinə gedib: "Ancaq xalqın yeyəcək çox az şeyi var, infliyasiya yüksəkdir və insan haqları yoxdur. ABŞ sizi izləyir".

Qeyd edək ki, Tramp dünənki açıqlamasında "İranda artıq dəyişikik zamanıdır" deyərək, xalqın yanında olduqlarını bəyan edib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA