Xameneyi qanlı aksiyalara belə reaksiya verdi: "Ölkəmizdə üsyan çıxardılar, indi isə müharibə törətmək istəyirlər"

img

02-01-2018 [14:59]


İranın Ali dini lideri Əli Xameneyi bir neçə gündür davam edən etirazlardan sonra ilk dəfə danışıb.

İranda 6-cı gününə girən və ölkənin bir çox şəhərlərinə yayılan etiraz aksiyalarla bağlı ilk dəfə rəsmi internet səhifəsində açıqlama verən İran dini lideri Ayəttulah Əli Xameneyi baş verən bu hadisələri xarici qüvvələrin təşkil etdiyini dilə gətirib:

"Son günlərdə İslam Respublikasını çətin vəziyyətə salmaq üçün İranın düşmənləri pul, silah, siyasət və agentlər kimi müxtəlif vasitələrdən istifadə etməyə başladılar. Düşmənlərimiz ölkəmizdə üsyan çıxardılar. İndi isə müharibə törətmək istəyirlər".

İranın dini lideri Xameneyi vaxtı çatanda son olaylarla bağlı xalqa geniş məlumat verəcəyini də qeyd edib/Teleqraf.com.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA