QHT-lərə Dövlət Dəstəyi Şurası beynəlxalq konfransa hazırlazır

img

08-09-2010 [01:17]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu ilin noyabr ayında ?Vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar? mövzusunda keçirəcəyi beynəlxalq konfransın işçi qrupunun növbəti toplantısı keçirilib. Toplantıda konfransla bağlı indiyədək görülmüş işlər haqqında məlumatlar dinlənilib, konfransa təqdim olunacaq bir sıra texniki sənədlərin müzakirəsi aparılıb. İclasda Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin baş hüquqşünası Məhəmməd Quluzadə, Vətəndaş Cəmiyyəti Layihəsinin ölkə üzrə direktor müavini İlqar Ağasıyev, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin layihə meneceri Ülvi İsmayıl, Xarici İşlər Nazirliyinin nümayəndəsi Vüqar Hacıyev, Şuranın icraçı direktoru Fərasət Qurbanov və başqaları iştirak ediblər. Müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA