Dilqəm Əsgərov Şuşadan mesaj göndərdi: “Məni soruşan, soruşmayan hər kəsə…"

img

01-01-2018 [11:38]


Ermənistan hərbçilərinin işğal altındakı Dağlıq Qarabağda girov saxladığı soydaşımız Dilqəm Əsgərov Şuşadan bayram təbriki yazdığı mesaj göndərib.

Dilqəm Əsgərovun bayram təbrikinin əlyazması əks olunmuş məktubun şəkli onun yaxınları tərəfindən sosial şəbəkədə paylaşılıb.

Modern.az həmin məktubun şəklini təqdim edir:


Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Kəlbəcərə öz ata-baba yurdlarını ziyarət etməyə gedərkən işğalçı Ermənistanın Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Həmin vaxt onların yanında olmuş üçüncü soydaşımız Həsən Həsənov isə güllələnərək öldürülüb.H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş.Quliyevə "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA