Prezident İlham Əliyev bu cəriməni ləğv etdi - Dəyişiklik qüvvəyə mindi

img

29-12-2017 [18:49]


Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə tətbiq edilən 40 manat cərimə ləğv edilib.

Mia.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliyi təsdiqləyib. 

Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 342.1.2 maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə 40 manat cərimə nəzərdə tutulmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA