29-12-2017 [15:19]
Baş Dövlət Yol Polisi İdarəsi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı sürücülərə və digər yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarənin şöbə rəisi, polis polkovniki Kamran Əliyev apa-a bildirib ki, bayram günləri ilə əlaqədar, DİN rəhbərliyinin göstərişinə əsasən, daxili işlər orqanlarının, o cümlədən Dövlət Yol Polisinin bütün şəxsi heyəti dekabrın 31-dən yanvarın 4-dək gücləndirilmiş iş rejimində çalışacaq: "Küçə və yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün yol polisi təkcə şəhər və rayonlararası yollarda deyil, bütün yerli əhəmiyyətli yollarda da nəzarəti gücləndirəcək. Bayram günlərində sükan arxasına əyləşən, xüsusilə uzaq məsafəli səfərlərə çıxan sürücülərin diqqətinə çatdırırıq ki, yol boyu diqqətli olsunlar, qaydalara ciddi riayət etsinlər. Bəzən bayramdan bir gün əvvəl insanlar işdən yorğun halda çıxıb ailə üzvləri, dostları, yaxınları ilə hansısa rayona, istirahət yerlərinə gedirlər. Bu o deməkdir ki, həmin sürücü axşam vaxtı ən az 150-300 km məsafədə yol qət edəcək. İşdən sonrakı yorğunluq və gecə vaxtı avtomobil idarə etməyin çətinliklərinin nəzərə alınmaması bəzən ağır qəzalara səbəb olur. Gündüz saatlarından fərqli olaraq axşamlar görünüş xeyli məhdud olur. Üstəlik, qış aylarında yollarda yağıntı, yaxud duman da ola bilər”.
K. Əliyevin sözlərinə görə, bayram günlərində səfərə çıxanların sayının çoxluğu yollarda nəqliyyatın hərəkət intensivliyini artırır ki, bu da sürücünün avtomobili uzun müddət gərgin vəziyyətdə idarə etməsi deməkdir: "Rayonlararası yollarda qarşıdan gələn nəqliyyat vasitələrinin tez-tez uzaq işıqlardan istifadə etməsi və digər amillər də istər-istəməz sürücüyə müəyyən çətinliklər yaradır. Odur ki, yola çıxarkən bu məqamlara diqqət yetirmək lazımdır. Heç kəs özünü, ailə üzvlərini fikrində tutduğu planlarının, istəklərinin qurbanına çevirməməlidir”.
Kamran Əliyev bildirib ki, dekabrın 30-31, eləcə də yanvarın 4-5-də yollarda nəqliyyat sıxlığının müşahidə olunacağı ehtimal edilir: "Adətən bayramın ilk günü rayonlara, sonuncu günü isə rayonlardan Bakıya axın daha çox olur. Əksər sürücülər də yola çıxarkən vacib oldu-olmadı mənzil başına tez çatmaq üçün tələsir. Qəribədir, insan istirahətə, bayramlaşmağa gedəndə də tələsir, evə qayıdanda da. Bunları nəzərə alaraq, bir daha sürücülərə tövsiyə edirik ki, yola nəzərində tutduqları vaxtdan ən azı bir saat əvvəl çıxsınlar ki, tələsməyə ehtiyac olmasın, həm də mümkün qədər çalışıb qaranlığa qalmasınlar. Əgər kimsə hərəkət zamanı özündə yorğunluq və ya narahatlıq hiss edərsə, yol polisinin stasionar postlarında dayanıb fasilə edə bilər. Bunun üçün bütün postlarımızda xüsusi yerlər ayrılıb. Heç nədən çəkinmədən posta yaxınlaşıb bir az dincinizi alandan sonra rahat şəkildə yolunuza davam edə bilərsiniz”. Yol polisi sürücülərə sürət həddini aşmadan, spirtli içkinin təsiri altında yola çıxmadan, ötmə-manevr qaydalarına əməl etməklə rahat, təhlükəsiz və uğurlu yol arzulayır, hər bir hərəkət iştirakçısını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayramı münasibətilə təbrik edir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi