Tanınmış saatsazın yol polisi oğlu işdən çıxarıldı - Ramil Usubova müraciət edəcək

img

29-12-2017 [13:35]


Tanınmış saatsazın polis oğlu işdən çıxarılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Ceyhun Fətəliyev tutduğu vəzifədən azad edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, C. Fətəliyev xidməti avtomobili ilə yol qəzası törətdiyi üçün işdən çıxarılıb.

Qeyd edək ki, C. Fətəliyevin Bakının məşhur saatsazı Hacı Fətəliyevin oğludur.

C. Fətəliyevin atası H. Fətəliyev oğlunun işdən çıxarıldığını təsdiqləyib. O bildirib ki, qəza baş verən zaman C. Fətəliyev sükan arxasında olmayıb: "Maşını mənim oğlum deyil, polis serjantı idarə edib. Belə hadisələr qaçılmazdı. Buna baxmayaraq, biz hər iki maşını təmir etdirdik. Lakin yol polisi sistemində mənim oğluma qarşı qərəz var. Onu sıxışdırırlar. Mən bu barədə daxili işlər naziri cənab Ramil Usubova müraciət edəcəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA